Xaçmazda dərziliyi öyrənən gənc tələbə yoldaşına qayçı ilə xəsarətlər yetirib
Xaçmaz, 22 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Dövlət Peşə Mərkəzinin tələbəsinə qayçı ilə xəsarətlər yetirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir, liseyin 3-cü kurs tələbəsi, Xaçmaz rayonunun Yalama kənd sakini Eldar Bəyazəddin oğlu Şıxbabayev tənəffüs vaxtı liseyin yaxınlığındakı parkda qayçı ilə vurulub. Bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alan yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, E.Şıxbabayevə xəsarətlər yetirən adıçəkilən mərkəzin tələbəsi, Xaçmaz şəhər sakini Elnur Şahin oğlu Mirzəyevdir. E.Mirzəyev liseydə 2-ci kursda dərzi qrupunda təhsil alır. O, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:32]
Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir
- 09.06.2026 [19:01]
Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib
- 09.06.2026 [18:55]
Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər
- 09.06.2026 [15:40]
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO
- 09.06.2026 [15:32]