Xaçmazda mikroavtobus dərəyə aşıb VİDEO
Xaçmaz, 16 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Gəndob-Yalama yolunda “Hyundai” markalı mikroavtobus dərəyə aşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınan qəza mikroavtobusun “Opel” markalı maşınla toqquşmasından sonra sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
Hadisə baş verən zaman avtobusda sərnişin olmayıb, sürücü isə xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.