Xaçmazda yaşayış binasında yanğın olub, sakinlər təxliyə olunub
Xaçmaz, 13 fevral, AZƏRTAC
Xaçmazda beşmərtəbəli binada yanğın qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində yerləşən 74 saylı binanın zirzəmisində baş verib. Yanğından sonra yaşayış binasının bir blokuna tüstü dolub. Əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Bölməsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Təhlükəsizlik qaydalarına uyğun olaraq tüstü dolan blokun sakinləri təxliyə olunub. Xəsarət alan olmayıb.
İlkin ehtimala görə, yanğın binanın zirzəmisində tüfeyli həyat sürən şəxs tərəfindən törədilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:58]
Şəkidə taxıl biçininə start verilib
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [12:32]
Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 21,6 faiz artıb
- 09.06.2026 [11:49]
Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub
- 09.06.2026 [11:35]
Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 09.06.2026 [11:27]
“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb
- 09.06.2026 [10:38]