XALÇAÇILIĞIN İNKİŞAFI ÜÇÜN İLK NÖVBƏDƏ ONUN SATIŞ BAZARI TƏNZİMLƏNMƏLİDİR
Komissiyanın sədri Anar Rzayev demişdir ki, bu qanun Azərbaycanın tarixi ərazisində toxunmuş və hazırda xalq sənətçiləri tərəfindən əl ilə toxunan Azərbaycan xalçalarının qorunub saxlanması, öyrənilməsi, tətbiqi, təbliği və xalçaçılığın inkişaf etdirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova, “Azərxalça” Elm-İstehsalat Birliyinin baş direktoru Kamil Əliyev və başqaları çıxış edərək xalçaçılığın inkişaf etdirilməsi və xalça satışının lazımi səviyyədə təşkili ilə bağlı zəruri işlərin görülməsinin vacibliyindən danışmışlar.
Sonda layihənin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.