XALQ YAZIÇISI ELÇİNİN “POÇT ŞÖBƏSİNDƏ XƏYAL” ƏSƏRİNİN İLK TAMAŞASI OLMUŞDUR
Ruhən tənha bir gənc qadının xəyalları əsasında qurulmuş tamaşada poçt şöbəsində çalışan işçilərin mənəvi, psixoloji düşüncələri, həyata, dünyaya baxışları yaddaqalan detallarla, bacarıqlı aktyor oyunları ilə tamaşaçıya çatdırılır. Sadə, ancaq əsərin qayəsi ilə uzlaşan səhnə və musiqi tərtibatı, dekorasiya, geyimlər tamaşanı daha baxımlı edir.
Rejissor Firudin Məhərrəmovun quruluş verdiyi tamaşada rolları Elnarə Heydərova (Ədilə), Vüsal Mehrəliyev (Kişi), Tünzalə Əliyeva (Gülzar), Vaqif Kərimov (Yoldaş Tək), əməkdar artist Süleyman Nəcəfov (Baba), Niyaməddin Səfərəliyev (Xəlil), xalq artisti Arif Quliyev (Qoca professor), Elnur Hüseynov (skripkaçı), Zəhra Baxşəliyeva (Telefonçu qız) ifa edirdi.
Uğurla keçən tamaşadan sonra teatrsevərlər yaradıcı kollektivin üzvlərinə gül-çiçək dəstələri təqdim etdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [11:23]
“Vətənimdir Azərbaycan!” layihəsi Şamaxıda
- 19.06.2026 [10:42]
Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani
- 19.06.2026 [09:00]