Xalqımıza qarşı törədilmiş soyqırımı heç vaxt unudulmayacaqdır
Tovuz, 29 mart (AZƏRTAC). Tovuz Rayon Gənclər və İdman İdarəsi tərəfindən 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş bukletlər hazırlanmışdır.
İdarədən AZƏRTAC-a bildirmişlər ki, “Xalqımıza qarşı törədilmiş soyqırımı heç vaxt unudulmayacaq” adı altında buraxılan bukletlərdə erməni daşnaklarının həyata keçirdikləri soyqırımı aktları əksini tapmışdır. Yeniyetmələrin və gənclərin maarifləndirilməsi məqsədilə buraxılan bukletlərdə mənfur qonşularımız tərəfindən torpaqlarımızın 20 faizinin işğal olunması və bir milyondan artıq soydaşlarımızın ata-baba yurdundan didərgin düşmələri də yer almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]