Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xan Şuşinskinin qızı: Gözümüzü açandan musiqi ilə böyümüşük

Arzum odur ki, Şuşada Xan Şuşinskinin ev-muzeyi fəaliyyət göstərsin

Bakı, 28 sentyabr, Gülay Nəzərova, AZƏRTAC

                                                                Axşamüstü qoy uzaqdan,
                                                                Havalansın Xanın səsi...
 

AZƏRTAC-ın budəfəki müsahibi Bəyimxanım Cavanşirova-Verdiyevadır. O, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən olan dahi muğam ustadı Xan Şuşinskinin övladıdır. Musiqi ustadlarının əhatəsində böyüyən Bəyimxanım böyük sənətkar, Gəncə Dövlət Filarmoniyasının yaradıcısı, respublikanın Xalq artisti, tarzən Fikrət Verdiyevin həyat yoldaşı, Xan Şuşinski Fondunun təsisçisi və rəhbəridir.

Onunla müsahibəmizi sizə təqdim edirik:

- Muğam ustadı Xan Şuşinski barədə xatirələrinizdən danışardınız. Atanızın Şuşaya olan sevgisi, ölkəmizin mədəniyyət paytaxtı haqqında ilk bəstələdiyi mahnı, Şuşaya olan bağlılığınız...

- Atam 1901-ci ildə Qarabağ xanlığının təməlini qoymuş Pənahəli xan Cavanşirin kötücəsi Aslan ağa Cavanşirin ailəsində, Şuşa şəhərində dünyaya göz açıb. Onun adını İsfəndiyar qoyublar. Bu ailə musiqiyə, şeiriyyətə, ədəbiyyata çox bağlı olub. Elə atam da uşaqlıqdan ilahi səsə, fitri istedada malik imiş. Babam Aslan ağa evində tez-tez dövrünün tanınmış ustad sənətkarlarının, musiqiçilərinin, şairlərinin iştirakı ilə musiqi gecələri keçirib. Təkcə Azərbaycanın yox, həmçinin evlərindəki patefon vasitəsilə həmin gecələrdə Şərq dünyasının sənətkarlarının ifalarında sənət nümunələrini də dinləyiblər. Atamın musiqiyə sevgisi də elə o məclislərdə yaranıb.

Onun səsi çox güclü idi. Danışardı ki, o, oxuyanda sanki rəflərdəki qablar bir-birinə dəyib cingildəşirdi. Ona görə də onu heç kimin eşitməməsi üçün evdən qaçıb, Cıdır düzündə dağ başında oxuyurmuş. Atam, həmçinin Şuşada Realnı Məktəbini bitirib. Həmin bilik ocağında Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev kimi dahi şəxsiyyətlər də təhsil alıb.

Atam uşaq yaşlarından tarda da gözəl ifa edirmiş. Əmim Allahyar Cavanşirov da tar çalmağı ondan öyrənib. Atamın istedadını, muğama olan marağını hiss edən babam o dövrün ustad sənətkarı olan İslam Abdullayevə müraciət edib. Atam İslam Abdullayevin yanında muğamın sirlərini öyrəndikdən sonra musiqi məclislərinə onunla birgə gedib. Belə gecələrin birində tanınmış iranlı müğənni Əbülhəsən xan Azər İqbal Soltanın ifasında “Kürdü Şahnaz” muğamına qulaq asdıqdan sonra İslam Abdullayev atama söyləyib ki, “İsfəndiyar, bəlkə sən də oxuyasan?”. Atam deyib ki, ifanı təkrar dinləyim oxuyaram. Dinləyib və sonra “Kürdü Şahnaz”ı elə gözəl ifa edib ki, məclisdəkilər atamın səsinə heyran qalıblar. Elə həmin məclisdən sonra atama “Xan Şuşinski” deyə xitab ediblər.

Xan Şuşinski 20 yaşında olarkən gözəl mahnılar bəstələməyə başlayıb. 1930-cu ildə canından artıq sevdiyi doğma yurdu Şuşaya həsr etdiyi mahnı Şuşa haqqında yazılan ilk mahnı olub. Mahnının sözləri də, musiqisi də atama aiddir. Atamın bəstələdiyi mahnılardan bir qismini biz 2004-cü ildə Azərbaycan Dövlət Müəllif Hüquqları Agentliyində təsdiq etdirərək şəhadətnamə almışıq.

- Şuşa işğaldan azad olunduqdan sonra ilk dəfə oraya gedəndə hansı hissləri keçirdiniz? Şuşa ilə bağlı hansı xatirələriniz var?

- Otuzillik işğal dövründə Xan Şuşinskinin “Şuşanın dağları” mahnısının, “Qarabağ şikəstəsi”nin harayı sanki bizi Şuşaya səsləyirdi. Mən Şuşamıza qayıdanda qürur hissi keçirdim. Şükürlər olsun ki, əzəli torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində işğaldan azad olundu və bu ərazilərin əsl sakinləri öz dədə-baba torpaqlarına geri qayıtmaqdadır. Doğma Vətənimiz Qarabağın azad olunmasında canlarından keçən şəhidlərimizin qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Qazilərimizə isə cansağlığı arzu edirəm.

Artıq azad edilmiş bütün torpaqlarımızda, o cümlədən Şuşada tikinti-quruculuq işləri sürətlə davam etdirilir, maddi-mədəni irs nümunələrimiz bərpa olunur. Arzum budur ki, Şuşada Xan Şuşinskinin də ev-muzeyi fəaliyyət göstərsin. Həmin muzeydə onun zəngin irsi, səs yazıları, əşyaları sərgilənsin.

Şuşa ilə xatirələrim o qədər maraqlı və əzizdir ki... Atalı-analı ən xoş günlərim, uşaqlığım, gəncliyim Şuşada keçib. Biz Bakıda yaşayırdıq. Atam Şuşanı canından çox sevirdi. Buna görə də 1960-cı ildə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinin yanında ikimərtəbəli evi satın alıb və orada xeyli təmir işləri aparıb, müxtəlif ağaclar əkdirib. Həyətimizdə buz kimi bulaq axırdı, mənzərə sanki cənnəti xatırladırdı. Hərbçilər atama durbin hədiyyə etmişdilər. Biz onunla ikinci mərtəbədəki eyvandan gözəl Şuşanı seyr edərdik.

Dörd uşaq olmuşuq. Hamımızın da yaxşı səsi vardı. Təbii ki, böyüdüyümüz musiqi mühiti buna imkan yaradıb. Atam evdə muğamdan, musiqidən tələbələrinə dərs keçirdi. Yəni, gözümüzü açandan musiqi ilə böyümüşük. Anam Suğra da çox zəhmətkeş, savadlı xanım idi, təlim-tərbiyəmizlə, təhsilimizlə yaxından məşğul olurdu. Hər zaman atama böyük sevgi ilə yanaşırdı. Axı, sənətkarın həyat yoldaşı olmaq heç də asan iş deyil...

Mən çox xoşbəxtəm ki, dahi şəxsiyyətlərin əhatəsində böyümüşəm. Gözümü açandan Azərbaycan mədəniyyətinin ustad sənətkarlarını və tanınmış yazarlarını evimizdə görmüşəm. Hamısı atamla sıx dostluq edirdi. Çox gözəl xatirimdədir ki, evimizə gələn hər qonağı atam qəbul edir, lazım olan köməyi insanlardan əsirgəmirdi.

- Rəhbəri olduğunuz Xan Şuşinski Fondunun məqsədi, fəaliyyəti və gələcəkdə görüləcək işlər barədə də fikirlərinizi öyrənmək istərdik. Fond fəaliyyəti dövründə hansı uğurlara imza atmısınız?

- 2011-ci ildə atamın anadan olmasının 110 illiyi ərəfəsində ailə üzvləri olaraq biz Xan Şuşinski adına Fond yaratdıq. Bu fond yarandığı gündən dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Xan Şuşinski Fondu olaraq Mədəniyyət Nazirliyi, eləcə də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə bir çox uğurlu layihələr reallaşdırmışıq. Fond, həmçinin bir çox fəxri fərmanlarla təltif edilib. Eyni zamanda, həyata keçirdiyimiz “Azərbaycan musiqisinin dünəni, bu günü, sabahı”, “Məktəbli gənclər arasında milli musiqiyə marağı artırmaq”, “Milli musiqimizin qorunması” adlı layihələrlə milli musiqimizin qorunması və gələcək nəsillərə ötürülməsinə dəstəyimizi nümayiş etdirmişik. Bununla yanaşı, İtaliyanın Milan, Fransanın Lyon, Macarıstanın Budapeşt, Avstriyanın Vyana, Çexiyanın Praqa, İngiltərənin London, İspaniyanın Madrid, Barselona, Bosniya və Herseqovinanın Sarayevo şəhərlərində bir çox uğurlu tədbirlərə imza atmışıq. Bu il isə Niderlandın Haaqa şəhərində gözəl tədbir təşkil etmişik.

Həmçinin fond olaraq 20-yə yaxın ustad sənətkarımızın yubiley tədbirlərini, xatirə gecələrini təşkil etmişik. Bundan əlavə, respublika üzrə məktəbli gənclər arasında müsabiqə keçirmişik. Pandemiya dövründə onlayn dərslər keçirildiyi üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə məktəbli gənclərə planşetlər paylamışıq. Eyni zamanda, ölkəmizin bir çox regionlarında şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbirlər keçirmişik. Layihələrimizdən biri də “Könlüm keçir Qarabağdan” olub. Həmçinin Gəncə, Xaçmaz, Lənkəranda da maraqlı tədbirlər təşkil etmişik. “Şuşa İli” çərçivəsində Heydər Əliyev Sarayında Xan Şuşinskiyə həsr olunan tədbirə, eləcə də “Qarabağ Azərbaycandır” adlı layihəyə imza atmışıq.

Onu da qeyd edim ki, ölkəmizdə muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən son illərdə böyük işlər görülür. Bu istiqamətdə işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da layiqli töhfələr verir. Muğamın UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına salınması da bunun nəticəsidir. Sevinirik ki, ölkəmizdə muğam müsabiqələrinin keçirilməsi artıq ənənə halını alıb. Biz də çalışırıq ki, bu işə öz töhfəmizi verək. Xan Şuşinski Fondu olaraq məqsədimiz muğamı yaşadaraq dünyada təbliğ etmək, bölgələrimizin istedadlı gənclərini üzə çıxarmaq, ustad sənətkarlarımızın xatirə gecələrini, yubiley tədbirlərini keçirmək və Azərbaycan mədəniyyətinə xidmət etməkdir.

Həmçinin dahi muğam ustadı Xan Şuşinskinin zəngin irsinin yaşadılması, qorunması, tanıdılmasına və fondumuzun fəaliyyətinə göstərilən dəstəyə görə dövlətimizə, Mədəniyyət Nazirliyinə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə dərin minnətdarlığımı bildirirəm.

- Atanız haqqında xatirələrinizi bizimlə bölüşdüyünüz üçün təşəkkür edirik.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ