XANƏRƏB BƏLƏDİYYƏSİ “AQROSERVİS” YARATMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Bərdə rayonundakı Xanərəb bələdiyyəsi “Aqroservis” yaratmışdır. Aran humanitar regional inkişaf təşkilatı bələdiyyəyə təmənnasız olaraq əkin traktoru bağışlamışdır. Az müddətdə bələdiyyənin fonduna on milyon manatlarla gəlir daxil olmuşdur. Bu vəsaitlə “Aqroservis”ə yeni texnika alınacaqdır. Torpaq vergisi ödəyən vətəndaşlara 30 faizlik güzəştlə texniki xidmət göstərilir. “Aqroservis” xidmətinin təşkili bələdiyyəyə ildə 100 milyon manatdan çox gəlir əldə etməyə imkan verəcəkdir ki, bu da kəndin sosial problemlərinin həllinə şərait yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]