Xarici İşlər naziri Elmar Məmmədyarov Belçika Krallığına səfər edib
Bakı, 16 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Belçika Krallığına səfər edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Elmar Məmmədyarovun fevralın 17-də Brüsseldə keçiriləcək Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirakı nəzərdə tutulub.