Xarici işlər nazirinin müavini Albaniyada işgüzar səfərdə olub
Bakı, 11 may, AZƏRTAC
Mayın 10-11-də Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev Albaniyada işgüzar səfərdə olub.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən xəbər verilib.
Bildirilib ki, səfər çərçivəsində Albaniya xarici işlər nazirinin müavini Megi Fino, Albaniya Prezidentinin xarici siyasət üzrə müşaviri Fatmir Çela, Albaniya Baş nazirinin xarici siyasət üzrə müşaviri Odeta Barbulişi, Albaniya Parlamenti sədrinin kabinetinin rəhbəri Kosta Baryaba, sədrin müşaviri Ejona İsufay və Albaniya Parlamentində Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Anila Denay ilə görüşlər keçirilib.
Görüşlərdə Azərbaycan ilə Albaniya arasında münasibətlər, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri, habelə regional təhlükəsizlik və postmünaqişə vəziyyəti ilə bağlı müzakirələr aparılıb.
Albaniyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələri ilə keçirilmiş görüşdə isə ölkəmizin xarici siyasət prioritetləri, Albaniya-Azərbaycan münasibətləri, regional vəziyyət müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]