Xarici vətəndaşların qanunsuz yolla ölkəmizə keçmələrinə bələdçilik edən şəxs istintaqa cəlb olunub
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 6-da saat 01:08-də Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən iki nəfər Nepal Federativ Demokratik Respublikası və iki nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qanunsuz yolla keçmələrinə bələdçilik edən Azərbaycan Respublikası vətəndaşı Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Hüseynov Nadir Hidayət oğlu müəyyən edilərək istintaqa cəlb edilib.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.