Xarkov vilayətinin Kupyansk rayonu raketlə vurulub, azı 48 nəfər həlak olub
Kiyev, 5 oktyabr, AZƏRTAC
Rusiya ordusu oktyabrın 5-də Xarkov vilayətinin Kupyansk rayonunun Qroza kəndinə raket zərbəsi endirib, azı 48 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.
O qeyd edib ki, ölənlər arasında 6 yaşlı uşaq da var. Həmçinin 6 nəfər yaralanıb ki, onlardan 2-si uşaqdır.
Onun sözlərinə görə, dağıntılar altından insanların çıxarılması davam edir.
Ukrayna Prezidenti Volodimir Zelenski raket zərbəsi ilə bağlı açıqlama verərək deyib ki, bu qəsdən edilmiş terror hücumudur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev