XATİRƏ KOMPLEKSİNİN AÇILIŞI OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, kompleks həmin kəndin sakini İldırım Cəfərovun şəxsi vəsaiti hesabına tikilmişdir.
Mərasimdə rayon icra hakimiyyətinin işçiləri, şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri, Təbriz Cəbiyevin döyüş yoldaşları, kənd sakinləri iştirak etmişlər. Çıxış edənlər Azəbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğulların şücaətindən, şəhidlik zirvəsinə ucalanların xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulamış, dövlətimizin onların ailə üzvlərinə göstərdiyi qayğıdan danışmışlar.
Şəhidin qardaşı Şəmşir Cəbiyev xatirə kompleksini ucaldanlara, mərasim iştirakçılarına minnətdarlığını bildirmişdir.