Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Xəbərdarlıq edildi ki, çıxmasanız sizin üçün yaxşı olmayacaq” - Qərbi azərbaycanlı acı xatirələrini danışır

Ağstafa, 7 fevral, Vüsalə Cənnətova, AZƏRTAC

Qərbi Azərbaycan ərazisində bu torpaqların əzəli sahiblərini dəfələrlə deportasiyaya məruz qoyan ermənilər xalqımızın qədimliyini əks etdirən, dünənini, köklərini, şəcərəsini xatırladan tarixi sübutları məhv edib, dağıtmağa çalışsa da, həqiqətə xələl gətirə bilməyiblər. Qərbi Azərbaycanın qədim türk torpaqları, azərbaycanlıların əzəli yurd yeri olmasını sübuta yetirən bir çox məqamlar kimi, insanların yaddaşındakı xatirələr də toxunulmaz qalıb. Həqiqət onun alovunu daşıyan qəlbləri yandırsa da, ədalətin öz yerini tapacağına inam bu ağrını azaltmağa yetib.

Qərbi Azərbaycanın Loru mahalının Qızıl Şəfəq kəndində doğulub boya-başa çatmış Məhəmməd Musayev də bir gün doğma elinə geri dönəcəyinə çox inanır, orada keçirdiyi illərə dair xatirələri göz bəbəyi kimi qoruyub saxlayır. Onları AZƏRTAC-ın bölgə müxbiri ilə paylaşan 66 yaşlı Məhəmməd müəllim deyir ki, doğruları dilə gətirib danışmaqla sanki yurduna olan borcunu az da olsa ödəyir. “Doğma Qızıl Şəfəq kəndi bir-birinə bitişik üç təpə üzərində yerləşir, bir tərəfi düzənlikdir. Böyüklərdən eşitdiyimə görə, monqol istilası zamanı kəndimizin adı Cüycikənd olub, sonradan 1935-ci ilədək Cücəkənd adlandırılıb. 1988-ci ildə ermənilər bizi deportasiya edənə qədər Qızıl Şəfəqdə 300 ev olub. Bizim kənddə də, ətraf kəndlərdə də ancaq azərbaycanlılar yaşayıb”, - deyə Məhəmməd Musayev bildirir.

Onun sözlərinə görə, kəndin təbiəti səfalı, torpağı münbit olub. Əhalisinin əsasən əkinçilik, heyvandarlıqla məşğul olduğu kənddə tam orta məktəb, tibb məntəqəsi, məscid, mədəniyyət evi də var idi. “Mədəniyyət evində tamaşalar, filmlər nümayiş etdirilirdi. Onlara həvəslə tamaşa edərdik. Sakinlər əkin-biçinlə məşğul olub, mal-qara saxlayırdı, kitaba, elmə, mədəniyyətə də maraq vardı. Məktəbimizdə savadlı müəllimlər olub, yaxşı oxuyurduq. Kəndimiz Afad Qurbanov, Miraslan Bəkirli, Mövlud Süleymanlı, Əhməd Oğuz kimi ziyalılar yetişdirib”, - deyən Məhəmməd müəllim onu da əlavə edir ki, ermənilərin azərbaycanlı gənclərin inkişafına maneələr yaratması səbəbindən ali təhsilini Azərbaycanda almalı olub. Buna baxmayaraq, yenidən doğma yurduna geri dönüb və Soyuqbulaq, Qaraqala kimi yaşayış məntəqələrində müəllim işləyib.

“Soyuqbulaq yaxınlığında qayaüstü rəsmlər aşkar edilmişdi. Dedilər ki, bu rəsmlər Orxon-Yenisey, Gəmiqaya abidələrində olduğu kimidir. Bizim kənddə də Bala Təpə deyilən yerdə qədim alban abidəsi olub, sonra ermənilər abidəni sökdülər. İki qəbiristanlıqdan birində Qazaxın Aslanbəyli kəndində yaşamış Hacı Əfəndinin qardaşı Hacı Xəlil dəfn edilmişdi. Orada qədim alban qəbirləri də var idi. Deportasiyadan sonra ermənilər oranı da dağıdıblar”, - deyən müsahibim bildirir ki, onlar bu yolla yurdun azərbaycanlılara aid olması faktini itirməyə çalışıblar.

Məhəmməd Musayev erməni məkrindən ilk olaraq babasının danışdıqları əsasında xəbərdar olub. Daha sonra isə özü də ermənilərin azərbaycanlılara etdiyi haqsızlıqların canlı şahidinə çevrilib. “Babam 1918-ci ildə kəndimizdə azərbaycanlıların deportasiyaya məruz qalmasından danışmışdı. Kənddə Lala və Haley bulaqları var idi. Məktəbi bitirəndə məzunlar o bulaqların başında şənliklər təşkil edirdilər, Qurban və Novruz bayramlarını keçirirdik. Deportasiyadan öncə erməni məmurlardan biri bizim Novruz şənliyinə qatılıb, duz-çörək kəsmişdi. Onu rayon mərkəzinə dönən kimi özünkülər qalstukundan asıb öldürmüşdülər”, - deyən həmsöhbətim xatırlayır ki, ermənilərin təzyiqləri 1988-ci ildə lap dözülməz hal alıb. Onlar azərbaycanlıları dədə-baba yurdlarından qovmaq üçün əllərindən gələni ediblər. “Bir dəfə bibim oğlu ilə yol gedəndə avtomobilimizin qarşısını kəsib, bizi qəzaya salmaq istədilər. Birtəhər canımızı qurtardıq. Mənim yeni doğulan oğlumu xəstəxanada dəyişdirmişdilər. Həyat yoldaşım ayıq-sayıq davranaraq səs-küy salmışdı, məcbur olub körpəni geri qaytarmışdılar”.

Həmsöhbətim deyir ki, 1988-ci ilin soyuq qış aylarında ermənilərin azərbaycanlıları deportasiya etmələri, buna qarşı çıxanları isə vəhşicəsinə öldürdükləri barədə xəbərlər Qızıl Şəfəqə də gəlib çatıb. Kəndə ərzaq məhsulları gətirilməsinə icazə verilməyib, rayon mərkəzi ilə gediş-gəliş kəsilib. Əhali baş verənlərdən xəbərdar olsa da, heç kim kənddən çıxmaq istəməyib. “Sovxozumuzun direktoru Bayram Əlləzov da deyirdi ki, bizə heç nə etməzlər, kəndi tərk etməyək. Ona xəbərdarlıq edildi ki, çıxmasanız sizin üçün yaxşı olmayacaq. Hər kəs göz yaşları içərisində, mal-mülkünü qoyaraq Qızıl Şəfəqi tərk etdi, Şamaxının Kərkənc kəndinə üz tutmalı oldu”, - deyən müsahibim ailəsi, 4 övladı ilə birgə doğma kəndini ən son tərk edənlərdəndir. Hər daşı, hər divarı yaddaşına köçürmək üçün günlərlə kəndin küçələrini gəzib. “Ata yurdumdan ayrılmaq ölümdən betər idi. Babalarımın, nənələrimin qəbirləri, evimiz, uşaqlığım, gəncliyimlə vidalaşırdım. Eşitmişəm ki, erməni vandalları artıq oradakı evlərin əksəriyyətini dağıdıblar. Son günlər sovxoz direktoru Bayram müəllimin yerinə bir erməni təyin etmişdilər. Bir dəfə onun balaca oğlu bizə baxıb dedi ki, biz türklərə nifrət edirik, türklər düşməndir, buralar bizimdir. Bunlar uşaqlarını da nifrətlə bəsləyirmişlər, haqsızlıq, dağıtmaq onlar üçün doğma əməllərdir”, - deyə Qərbi azərbaycanlı vurğulayır.

Hazırda Ağstafada yaşayan Məhəmməd Musayev bir gün doğma yurduna qovuşacağı günü inamla gözləyir. “Qərbi azərbaycanlıların qayıdış hüququnun reallaşması tarixi zərurətdir. Bu prosesin uğurla həyata keçirilməsi Azərbaycan Prezidentinin liderliyi, doğru siyasəti, Qərbi azərbaycanlıların ləyaqətli qayıdışa inancı sayəsində mümkün olacaq”, - deyə müsahibim bildirib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub