XƏBƏRDARLIQ: Ölkə ərazisində küləkli hava gözlənilir
Bakı, 21 dekabr, AZƏRTAC
Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti haqqında məlumat yayıb.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 21-də günün ikinci yarısından 24-dək cənub-qərb küləyinin arabir 15-18 metr/saniyə, 23-də gündüz yarımadanın bəzi yerlərində arabir 20-25 metr/saniyəyədək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 22-də gündüzdən 24-dək əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin 15-18 metr/saniyə, arabir 23-25 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 27-32 metr/saniyəyədək güclənəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [18:56]
Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub
- 07.10.2026 [18:11]
ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?
- 07.10.2026 [17:39]
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
- 07.10.2026 [17:33]
Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB
- 07.10.2026 [17:03]