Xətai rayonunda abadlıq və yaşıllaşdırma işləri aparılır
Bakı, 1 mart, AZƏRTAC
Xətai rayonunda davam edən abadlaşdırma və yaşıllaşdırma tədbirləri çərçivəsində rayonun Sadıqcan, Zığ yolu küçələri və Gəncə prospekti boyu təmizlik və yaşıllaşdırma işləri həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, yaşıllıq zolaqlarına yeni ot örtüyü salınıb, müxtəlif çeşidli gül kolları və dekorativ ağaclar əkilib, binaların fasadları rənglənib. Mövcud yaşıllıq sahələrində mövsümi budama işləri aparılıb, ağaclar qurumuş budaqlardan, parklar alaq otlarından təmizlənib, güllərə qulluq göstərilib, çəmənliklərə gübrə verilib.
Məhəllələrdə qeyri-qanuni zəbt edilən ərazilərdə çəpərlər və yararsız tikililər sökülüb, ərazilər məişət tullantılarından təmizlənib. Eyni zamanda, çəmənlik və ağaclar suvarılıb, qurumuş ağac budaqları ərazidən götürülüb, çəmənliklərin biçilməsi, ağac və kolların yaşıl budaması aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]