XƏYALƏ İSGƏNDƏROVA QADIN ŞAHMATÇILARIN RESPUBLİKA BİRİNCİLİYİNDƏ LİDERDİR
AZƏRTAC xəbər verir ki, Bakıda şahmatçı qadınlar arasında dairəvi sistem üzrə keçirilən respublika çempionatında Xəyalə İsgəndərova birinci yerə çıxmışdır.
Növbəti səkkizinci turda ağ fiqurlarla oynayan şahmatçı rəqibi Xəyalə Abdulla ilə görüşdə mühüm qələbə qazanaraq turnirin liderinə çevrilmişdir. Çempionatda uğurla çıxış etmiş Nərgiz Umudovanın Səbinə İbrahimovaya məğlubiyyətini isə turun sensasiyası hesab etmək olar.
Son turda Mehriban Şükürova Natəvan Yelmarovaya, Zeynəb Məmmədyarova Nərmin Kazımovaya, Gülnar Məmmədova Türkan Məmmədovaya, Elmira Əliyeva isə Afaq Xudaverdiyevaya qalib gəlmişdir.
Bu turdan sonra Zeynəb Məmmədyarova 5,5 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşmışdır. Nərgiz Umudova, Mehriban Şükürova və Gülnar Məmmədova hərəyə 5 xal toplayaraq müvafiq olaraq 3-cü, 4-cü və 5-ci yerləri bölüşürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]