XEYRİYYƏ TƏDBİRİ KEÇİRİLƏCƏKDİR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Addım” Azərbaycan İslahatlara Dəstək İctimai Birliyi ilə birlikdə müqəddəs Ramazan ayının başlanması və Ahıllar Günü münasibətilə sentyabrın 25-də Bilgəh qəsəbəsində yerləşən pansionatda xeyriyyə tədbiri keçirəcəkdir.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə müharibə və əmək əlilləri üçün bayram süfrəsi açılacaq, tanınmış sənətçilərin iştirakı ilə konsert proqramı təşkil ediləcəkdir.