Xəzər dənizinin Azərbaycana aid hissəsinin sahil zolağında aparılan monitorinqin nəticələri açıqlanmışdır
Bakı, 11 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi 2012-ci il ərzində Xəzər dənizinin Azərbaycana aid hissəsinin sahil zolağında, çimərlik ərazilərində, dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və təyin edilmiş koordinatlar üzrə açıq dənizdə apardığı monitorinqin nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ümumilikdə 1336 ekoloji monitorinq keçirilmişdir.
Monitorinqlər zamanı 4 min 545 su, 159 qrunt, 5 qazma məhlulu, 6 şlam nümunəsinin üzərində tədqiqat aparılmışdır. Eyni zamanda, ayrı-ayrı təşkilatlara məxsus bioloji və dezinfeksiyaedici qurğuların vəziyyəti araşdırılmış, onların üzərində ciddi ekoloji nəzarət təmin olunmuşdur.
Bundan əlavə, Xəzər dənizi ilə əlaqəsi olan 256 axar qeydə alınmışdır. Bu axarlardan götürülmüş nümunələr üzərində mütəmadi olaraq müvafiq təhlillər aparılmışdır.
Araşdırmalar zamanı istirahət zonaları və çimərlik ərazilərinin yerləşdiyi sahil zolağında mərkəzləşdirilmiş kanalizasiya şəbəkələrinin olmaması aşkar edilmişdir. Sahil zolağındakı ərazilərin bataqlaşması, bəzi ərazilərdə isə qeydə alınmış qeyri-qanuni zibilxanaların ləğvi istiqamətində müvafiq işlərin aparılmaması da müşahidə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]