Azərbaycan Dövlət İnformasiya Agentliyi

XƏZƏR DƏNİZİNİN AZƏRBAYCANA MƏNSUB HİSSƏSİNDƏ BİRGƏ XİLASETMƏ İŞLƏRİNİN TƏŞKİLİNƏ DAİR TAKTİKİ TƏLİM KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, iyunun 27-də Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Fövqəladə Hallar və Müdafiə nazirlikləri ilə birlikdə “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində sahilə, adalara, neft-qaz ixrac boru kəmərlərinə və neft platformalarına qarşı təhlükə yarandıqda Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Fövqəladə Hallar və Müdafiə nazirlikləri qarşılıqlı əlaqədə xidməti-döyüş hərəkətləri, Xəzər dənizində birgə xilasetmə işlərinin aparılması” mövzusunda xüsusi taktiki təlimə başlamışlar.

İyunun 28-də Dövlət Sərhəd Xidməti aviasiya dəstəsinin texniki istismar hissəsinin açılışından sonra təlim davam etdirilmişdir.

Təlimə Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsi və çevik hərəkət qüvvələri, sərhəd gözətçi gəmiləri və əlahiddə aviasiya dəstələri, “Lənkəran”, “Xudat”, “Şəmkir” sərhəd dəstələri və əlahiddə rabitə taburu, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri, Xüsusi Dövlət Mühafizə Xidmətinin İxrac Neft-Qaz Boru Kəmərləri Mühafizə İdarəsinin qüvvələri və Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin gəmi divizionu cəlb edilmişlər.

Təlimin keçirilməsindən əsas məqsəd Xəzər dənizində Azərbaycan Respublikasının maraqlarının qorunması, Dövlət Sərhəd Xidmətinin hissə və bölmələrinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə və Müdafiə Nazirliyinin Hərbi Dəniz qüvvələrinin birgə döyüş hazırlığının yoxlanılması, şərait gərginləşdikdə xidməti-döyüş tapşırıqlarını yerinə yetirərkən birləşmə, hissə və bölmələrin döyüş və hərəkət nizamının təkmilləşdirilməsi, təxribat-kəşfiyyat qrupunun axtarışını apararkən və zərərsizləşdirərkən hissə və bölmələrin komandirlərinə dövlət sərhədinin mühafizəsinin təşkilində və tabelikdə olan müvafiq qurumların idarə edilməsində təcrübənin öyrədilməsi, bu tapşırıqların bacarıqla yerinə yetirilməsi üçün şəxsi heyətin peşəkarlığının artırılması, hərbi qulluqçuların səhra bacarıqlarının və mənəvi-psixoloji hazırlıqlarının yüksəldilməsindən ibarətdir.

Taktiki təlim 3 mərhələdə keçirilmişdir. Birinci mərhələdə “xüsusi obyektdə” terror aksiyası keçirmək istəyən terror-təxribat qrupu zərərsizləşdirilmişdir. Bu zaman AN-2 təyyarələrindən istifadə etməklə sahilboyu ərazidə havadan müşahidələr aparılmış, “xüsusi obyekt” minalardan zərərsizləşdirilmiş, əraziyə paraşütlə desant atılmış, desant-həmlə qrupu terror dəstəsini zərərsizləşdirmiş, bu zaman baş vermiş yanğını FHN-nin qüvvələri söndürmüş və xilasetmə işləri aparmışlar.

İkinci mərhələdə təxribat-kəşfiyyat qrupunun Xəzər dənizində və adalarda axtarışı və zərərsizləşdirilməsi prosesi həyata keçirilmişdir. Bu mərhələdə adada şərti rəqibin təxribat-kəşfiyyat qrupu zərərsizləşdirilmişdir. Bu məqsədlə sualtı dalğıc qrupunun adaya çıxması və düşmənin gözətçi xidmətinin səs salmadan zərərsizləşdirilməsi, çevik hərəkət qüvvələrindən olan dəniz kəşfiyyat qrupunun vertolyotlardan ada yaxınlığında dənizə atılması və adaya çıxması, çevik hərəkət qüvvələrinin desant həmlə qrupunun adaya havadan desant çıxarması, yaralıların və tutulmuş şəxslərin vertolyotlarla və “Zodiak” tipli katerlərlə döyüş əməliyyatı rayonundan təxliyə edilməsi qaydaları tətbiq olunmuşdur.

Üçüncü mərhələdə dənizdə axtarış, döyüş və xilasetmə əməliyyatları aparılmış, adaya terror-təxribat desant qrupu çıxarmış naməlum gəminin axtarılması və aşkar edilməsi tapşırığı yerinə yetirilmişdir. Bu zaman sərhəd gözətçi gəmilərinin birgə üzməsi (manevrlərin nümayiş etdirilməsi), onların vertolyotlarla birlikdə sərhəd axtarışını aparması, tabe olmayan və gəmilərimizə silah tətbiq edən hədəfə qarşı döyüş əməliyyatının keçirilməsi, qəzaya uğramış gəmidə yanğının FHN-nin gəmisi vasitəsilə söndürülməsi, qəzaya uğramış gəminin heyətinin vertolyotlar vasitəsilə, həmçinin suda boğulan insanların havadan atılan katerlərlə xilas olunması qaydaları nümayiş etdirilmişdir.

Taktiki təlim zamanı qarşıya qoyulan vəzifələr müvəffəqiyyətlə yerinə yetirilmiş, təlimə cəlb edilmiş hissə və bölmələr, eləcə də bütün şəxsi heyət verilmiş tapşırıqları məharətlə icra etmişlər.

Təlimi Baş nazirin birinci müavini Yaqub Eyyubov, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, dövlət sərhəd xidmətinin rəisi general-leytenant Elçin Quliyev, Azərbaycan Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi general-leytenant Vahid Əliyev, Daxili Qoşunların komandanı general-leytenant Zakir Həsənov, Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Şahin Sultanov, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəsmiləri, həmçinin Gürcüstan və Ukrayna sərhəd xidmətlərinin nümayəndələri müşahidə etmişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqası: "Sabah" “Slaviya Praqa”nı məğlub edir – YENİLƏNİB 3

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov