Xəzər dənizinin sahil zolağı 10 kubmetrdən artıq məişət tullantılarından təmizlənib
Bakı, 30 sentyabr, AZƏRTAC
Keçirilməsi artıq ənənə şəklini almış “Beynəlxalq Dəniz Günü” ölkəmizdə də hər il “Xəzər həftəsi” adı altında müxtəlif kütləvi tədbirlərlə qeyd olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirlik “Xəzər həftəsi”nin keçirilməsi məqsədilə hazırlanmış müvafiq tədbirlər planına əsasən sentyabrın 30-da ETSN-in müvafiq qurumlarının əməkdaşları, yerli icra strukturları, bələdiyyələr və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Buzovna qəsəbəsi ərazisində Xəzər dənizinin sahil zolağında iməcilik keçirib. Yüzdən çox şəxsin iştirak etdiyi iməcilikdə Xəzər dənizinin sahil zolağının 3 hektar ərazisi 10 kubmetrdən artıq bərk məişət və digər növ tullantılardan təmizlənib.
“Xəzər həftəsi” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən bütün tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda, ictimaiyyətin maarifləndirilməsinə yönəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]