“XƏZƏR-LƏNKƏRAN” “BİRLİK KUBOKU” TURNİRİNDƏ DÖRDDƏBİR FİNALA ÇIXMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Xəzər-Lənkəran” klubu MDB və Baltikyanı ölkələri çempionlarının yarışdığı “Birlik kuboku” turnirində dörddəbir finala vəsiqə qazanmışdır.
Ağasəlim Mircavadovun çalışdırdığı komanda qrupda keçirdiyi son oyunda Qazaxıstan çempionu “Aktobe” klubuna 0:1 hesabı ilə məğlub olsa da, B qrupunun qalibi kimi növbəti mərhələyə yüksəlmişdir.
Qrupda keçirilən digər oyunda Litvanın “Kaunas” klubu Tacikistanın “Reqar-Tadaz” komandası üzərində 5:1 hesabı ilə qələbə qazanaraq, 2-ci yerin sahibi kimi dörddəbir finala vəsiqə qazanmışdır. “Xəzər-Lənkəran”, “Kaunas” və “Aktobe”nin hərəyə 6 xalı olduğu halda, turnirin reqlamentinə əsasən, topların daha yaxşı fərqinə görə, Azərbaycan və Litva çempionları növbəti mərhələdə oynayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]