“XƏZƏR-LƏNKƏRAN” “BİRLİK KUBOKU” TURNİRİNİN FİNALINA ÇIXMIŞDIR
AZƏRTAC xəbər verir ki, MDB və Baltikyanı ölkələri çempionlarının Sankt-Peterburqda keçirilən futbol üzrə “Birlik Kuboku” turnirində yarımfinal oyunları başa çatmışdır. Yanvarın 25-də Azərbaycan çempionu “Xəzər-Lənkəran” klubu Belarus çempionu “BATE” ilə görüşmüşdür.
Ağasəlim Mircavadovun yetirmələrinin tam üstünlüyü şəraitində keçən görüş 2:1 hesabı ilə başa çatmışdır. Belarusların qapısından keçirilən hər iki topu Rahid Əmirquliyev vurmuşdur.
Beləliklə, “Xəzər-Lənkəran” turnirin finalına çıxmışdır. Finalda isə o, “Paxtakor”-“Kaunas” görüşünün qalibi ilə qarşılaşacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]