“XƏZƏR-LƏNKƏRAN” FUTBOL KOMANDASI “BİRLİK KUBOKU” TURNİRİNDƏ TACİKİSTAN ÇEMPİONUNU MƏĞLUB ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Xəzər-Lənkəran” futbol komandası MDB və Baltikyanı ölkələrin çempionlarının yarışdığı “Birlik Kuboku” turnirində yanvarın 20-də növbəti qələbəsini qazanmışdır.
Tacikistanın “Reqar-Tadaz” klubu ilə qarşılaşan “Xəzər-Lənkəran” komandasının futbolçuları 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq meydana qara sarğı ilə çıxmışdılar. 1990-cı il yanvarın 20-də Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra oyun başlanmışdır.
Görüşdə hesabı Tacikistan çempionu açsa da, “Xəzər-Lənkəran” Nadir Nəbiyevin vurduğu iki qol sayəsində qələbəyə nail olmuşdur.
Qrupun digər oyununda isə “Kaunas” (Litva) Qazaxıstanın “Aktobe” klubunu 4:2 hesabı ilə məğlub etmişdir.
Bu turdan sonra “Xəzər-Lənkəran” 6 xalla qrupun vahid liderinə çevrilmişdir.
Azərbaycan futbolçuları qrupda növbəti görüşlərini yanvarın 22-də “Aktobe”yə qarşı keçirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]