XƏZƏRYANI REGİONUN EKOLOGİYASI DİQQƏT MƏRKƏZİNDƏDİR
AZƏRTAC Qazaxıstanın informasiya mənbələrinə istinadla xəbər verir ki, tədbirdə Qazaxıstan, Azərbaycan, İran, Rusiya və bir sıra digər Mərkəzi Asiya dövlətlərinin ekoloq alimləri iştirak edirlər.
İkigünlük müzakirələrdən başlıca məqsəd regionda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair birgə tədbirlər planının hazırlanması ilə əlaqədar müxtəlif mütəxəssislərin və idarələrin səylərini birləşdirməkdir.