XİN rəsmisi: SPECA Şəhərlər Forumunun təşkili istiqamətində addımlar atılır
Bakı, 1 oktyabr, AZƏRTAC
Regional səviyyədə yeni bir platformanın – SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) Şəhərlər Forumunun təşkili istiqamətində addımlar atılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə çıxışı zamanı deyib.
XİN rəsmisi qeyd edib ki, bu forum BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün xüsusi proqramıdır.
“Burada beş Mərkəzi Asiya ölkəsi və Azərbaycan iştirak edir. COP29 çərçivəsində şəhərlərin çoxsaylı niyyət bəyanatları imzalanıb və bu forumun yaradılması razılaşdırılıb. Məqsəd SPECA çərçivəsində iqlimə həssas, ağıllı şəhərlər forumu yaratmaqdır”, – deyə idarə rəisi bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]