Xızı rayonunda polis əməkdaşları şəhidlərin ailələrini ziyarət ediblər
Bakı, 18 mart, AZƏRTAC
Xızı rayonunda polis əməkdaşları şəhid hərbi qulluqçuların ailələrini ziyarət ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları 44 gün davam edən Vətən müharibəsində şəhid olan Vətən övladlarının ailələrini ziyarət ediblər.
Şəhidlərin valideynləri ilə həmsöhbət olan polis əməkdaşları onların qayğıları ilə maraqlanıb, Novruz bayramı ərəfəsində gətirdikləri sovqatları təqdim ediblər.
Görüşlərdə Vətən müharibəsində şanlı Qələbənin şəhidlərimizin, qazilərimizin və hazırda xidmətini davam etdirən mərd oğullarımızın sayəsində əldə edildiyi vurğulanıb.
Şəhid ailələri göstərilər diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin kollektivinə təşəkkür ediblər.