Azərbaycan Dövlət İnformasiya Agentliyi

XIZI ŞƏHƏRİ İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

XIZI ŞƏHƏRİ İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 22-də Xızı şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Dövlətimizin başçısı İLHAM ƏLİYEV xızılılarla hal-əhval tutdu və onları salamlayaraq dedi:

- Bu gün mən Bakı-Sumqayıt yolunun açılışında iştirak edirdim. Bildiyiniz kimi, bu yol Rusiya sərhədinə qədər uzanacaqdır. Əlbəttə ki, Xızı rayonunun sakinləri də bu yoldan istifadə edəcəklər. Gözəl, beton örtüklü, müasir standartlara uyğun yoldur. Bu işlər ona görə görülür ki, Azərbaycan vətəndaşları yaxşı yaşasınlar, şərait yaxşı olsun. Bütün rayonlarda işlər yaxşı getməlidir.

Xızı böyük rayon deyildir. Ancaq böyük-kiçikliyindən asılı olmayaraq, bütün rayonlara eyni dərəcədə diqqət göstərilməlidir. Hər bir yerdə iş yerləri açılmalı, abadlıq işləri aparılmalıdır, iqtisadi imkanlar və rayonun potensialı maksimum dərəcədə işə düşməlidir. Azərbaycan dövləti bunun üçün nə lazımdırsa edir. Xızı rayonunun inkişafı üçün də yaxşı imkanlar var. Rayonun potensialından həm kənd təsərrüfatı, həm turizm, həm də başqa sahələrdə çox səmərəli istifadə etmək lazımdır.

Dünən mən kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Sərəncam imzalamışam. Sərəncama əsasən, Prezidentin Ehtiyat Fondundan əlavə 25 milyon manat vəsait ayrılacaqdır. Bu vəsait həm toxumçuluğun inkişafına yönəldiləcək, eyni zamanda fermerlərə, güzəştli şərtlərlə gübrənin verilməsi, yanacağın verilməsi və başqa tədbirlər də nəzərdə tutulur ki, Azərbaycan özünü kənd təsərrüfatı məhsulları ilə tam şəkildə təmin etsin. Bu gün dünyada bir çox sahələrdə bütövlükdə gərginlik hiss olunur, o cümlədən ərzaq məhsulları istehsalında və təchizatında. Biz elə etməliyik ki, Azərbaycan özünü bütün ərzaq məhsulları ilə maksimum dərəcədə təmin etsin. Bunun da əsası kənd təsərrüfatıdır. Kənd təsərrüfatı həmişə Azərbaycan iqtisadiyyatında mühüm rol oynamışdır. Bu gün bu rol daha da artır.

Burada, Xızı rayonunda da kənd təsərrüfatı ilə məşğul olan insanların sayı çoxdur. Demək olar ki, əksəriyyət kənd təsərrüfatında çalışır. Biz bu insanların imkanlarını daha da artırmalıyıq. Dövlət tərəfindən texnika alınır, icarəyə verilir, yanacaq güzəştli şərtlərlə, gübrələr güzəştli şərtlərlə verilir. Fermerlər, demək olar ki, bütün vergilərdən - bir vergi istisna olunmaqla - azad ediliblər. Bu, dövlət dəstəyidir. Dövlət öz dəstəyini bu yollarla etməlidir: həm kreditlərin, texnikanın, gübrənin verilməsi, həm də yolların çəkilişi, infrastrukturun yaradılması. Bütün bunlar olduğu halda, insanların maddi vəziyyəti özlərindən asılı olacaqdır.

Xızı rayonunda imkanlar kifayət qədər çoxdur. Rayonun gözəl təbiəti var, Bakıya yaxındır. Eyni zamanda, burada turizm inkişaf etməlidir. Əlbəttə ki, yüksək səviyyədə olmalıdır. Ona görə mən sizi görməyə gəlmişəm. Mən əvvəllər Xızı rayonunda çox olmuşam. Ancaq Prezident vəzifəsinə seçiləndən sonra gəlmək imkanım olmayıbdır. Amma, əlbəttə, yenə gələcəyəm. Mən bu illər ərzində, demək olar ki, bütün rayonlarda olmuşam. Olmadığım rayonlara da getmək istəyirəm ki, hər yerdə olum. Həm özüm vəziyyətlə tanış olum, həm də insanlarla görüşüm və sizdən eşidim ki, əlavə nə etmək lazımdır.

Düzdür, çox iş görülübdür. Son beş il ərzində regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının bütün bəndləri, maddələri, nəzərdə tutulmuş bütün tədbirlər, demək olar ki, yerinə yetirilibdir. Ancaq elə işlər var ki, onlar hələ həll olunmayıbdır. Biz gərək onları aşkar edək və həll edək. Bunu ən yaxşı bilən rayon əhalisidir, rayon rəhbərliyidir. Ona görə, əlavə nə etmək lazımdır, hansı tədbirlər görülməlidir, rayon əhalisini hansı məsələlər narahat edir, hansı məsələlər həll olunmalıdır - bunları mənə deyin ki, biz onları həll edək. Çünki biz yerlərdən gələn və əlbəttə, başqa mənbələrdən gələn məlumata əsasən vəziyyəti təhlil edirik və bu, ölkəmizin uğurlu inkişafı üçün çox lazımdır: harada hansı problem var və onun həlli yolları nədir. Xüsusilə indiki, Azərbaycanın iqtisadi imkanlarının, büdcə xərcləri artdığı vəziyyətdə. Son beş il ərzində dövlət xərcləri on dəfədən çox artıbdır. Yəni problemlərin həlli üçün indi iqtisadi, maddi imkanlarımız var. Hər bir məsələ öz həllini taparsa, hər bir rayonda, hər bir kənddə bütün məsələlər həll olunar. Ona görə, siz deyin, Xızı rayonu üçün əlavə nə lazımdır?! Hansı tədbirlər görülməlidir. Bəlkə, sən deyəsən?

VAQİF ABDULLAYEV (Xızı Rayon İcra Hakimiyyətinin başçısı): Cənab Prezident, çox sağ olun, Sizin diqqətiniz sayəsində Xızıya şəhər statusu verilibdir. Sizə sakinlər adından təşəkkür edirik. Rayonun içməli su və Altıağac istiqamətində yolun təmiri problemi var. Təbiətin özündə də quraqlıq yaranıb, mənbələrdə su azalıbdır.

İLHAM ƏLİYEV: Su, bura haradan gəlir?

VAQİF ABDULLAYEV: 40 kilometr uzaqlıqda yerləşən və meşədən keçən Dubraq xəttindən götürülmüşdür. Çox əzablı yollardan keçir. Keçmişdə çəkilmiş borulardır. Əlaqədar təşkilatlar bildirir ki, bu işləri 2009-cu ildə görəcəklər.

İLHAM ƏLİYEV: Bəs, əhali suyu haradan alır?

VAQİF ABDULLAYEV: Su gəlir, qıtlıq o dərəcədə deyildir. Ancaq avqust ayında suyun azlığı xüsusi nəzərə çarpır.

İLHAM ƏLİYEV: İndi bizim qarşımızda duran ilk əsas vəzifə budur. Çünki əvvəllər həm qaz problemi çox ciddi idi, həm də elektrik enerjisi ilə problemlər var idi. İndi olmamalıdır.

SAKİNLƏR: Cənab Prezident, elə bir problem yoxdur, qaz və işıq çox yaxşıdır.

İLHAM ƏLİYEV: Ona görə ki, biz bu problemələri, demək olar ki, həll etmişik. İndi elə yer yoxdur ki, orada işıq problemi olsun. Düzdür, qazlaşdırılmayan kəndlər var. Ancaq indi heç bir ölkə yoxdur ki, orada bütün kəndlər qazlaşdırılsın. Azərbaycanda qazlaşdırma 80 faizdən çoxdur. Ancaq bizdən daha çox həcmdə qaz hasil və ixrac edən ölkələrdə bu rəqəm 50-60 faizdir. Amma buna baxmayaraq, mən qarşıya vəzifə qoymuşam ki, əvvəllər, heç sovet dövründə də qazlaşdırılmayan bölgələrə qaz xətləri çəkək, hamının təminatı maksimum dərəcədə yaxşılaşsın. Ona görə bu, həll olundu, elektrik enerjisi ilə bağlı məsələləri həll etdik. Son illərdə nə qədər yeni elektrik stansiyaları tikilibdir. Əsasən, su və kanalizasiya problemi qalıbdır. Bəli, bir də yol. Yollarla bağlı prioritetlər var. İlk növbədə, Bakını bütün ölkələrlə birləşdirən yolların tikintisi prioritetdir və ən vacib məsələdir. Biz bunu edirik. O cümlədən, şimal istiqamətində, cənub istiqamətində və qərb istiqamətində. Bütövlükdə, bu, təxminən min kilometrdən çox yoldur və özü də çox böyük vəsait tələb edir. İkinci dərəcəli məsələ şəhərdaxili yollar, şəhərlərarası yollar və kənd yollarıdır. Yəni bütün bunlar nəzərdə tutulur. Kənd yollarının tikintisi və rayondaxili yolların tikintisi bu yaxınlarda yenidən rayon icra hakimiyyətlərinin sərəncamına verilibdir. Yəni bu, daha məqsədəuyğundur və əlavə vəsait də ayrılır. Mən yenidən vəsait ayıracağam ki, bu məsələləri həll edək. Yəni yol problemləri tezliklə həll olunacaqdır.

O ki qaldı su və kanalizasiya problemlərinə, biz bu işlərə başlamışıq. Bu il, gələn il və ondan sonrakı illərdə daha ciddi məşğul olacağıq. Dünya Bankı ilə birlikdə işlənmiş layihələrə əsasən, Azərbaycanın rayonlarının hamısında içməli suyun normal səviyyəyə çatdırılması və kanalizasiya məsələləri həll olunacaqdır. Onu da bilirsiniz ki, əvvəllər problemlər həmişə var idi. Biz gərək elə edək ki, həm mövcud su mənbələrindən çox böyük səmərə ilə istifadə edək, həm də yeni mənbələri üzə çıxaraq və təminatı yaxşılaşdıraq. Bu da çox böyük vəsait tələb edən layihədir. Bu layihəyə yəqin ki, milyardlarla vəsait lazım olacaqdır. Ancaq insanların rahatlığı üçün Azərbaycan dövləti hər şeyi etməlidir.

İndi bütün ölkədə məktəb tikintisi də gedir. Bu işlər Xızı rayonunda da görülür.

VAQİF ABDULLAYEV: Bəli, Heydər Əliyev Fondunun hesabına Altıağac qəsəbəsində məktəb binası tikilir.

İLHAM ƏLİYEV: Dövlət xətti ilə də tikilməlidir.

VAQİF ABDULLAYEV: Bəli, planlaşdırılıbdır. Hazırda bir çoxu təmir olunur.

İLHAM ƏLİYEV: Su məsələsi aydındır, biz bunu həll edəcəyik. Yollar çəkiləcəkdir.

SVETA RÜSTƏMOVA (Giləzi qəsəbə orta məktəbinin direktoru): Cənab Prezident, çox sağ olun. Sizi rayonumuzun ziyalıları adından salamlayıram. Dağlar yurdu Xızı torpağına xoş gəlmisiniz. Biz Sizin səfərinizi çoxdan gözləyirdik. Sizi böyük məmnuniyyətlə bu dağlar yurdu Xızı torpağında böyük sevinclə qarşılayırıq. İndi rayonumuzun əhalisinin sevincinin həddi-hüdudu yoxdur, bu gün Xızı toy-bayram içindədir. Ona görə ki, ulu öndərimizin layiqli davamçısı bu gün onların görüşünə gəlibdir.

Əziz Prezidentimiz, inanın ki, bu görüş bizim həyatımızın ən əlamətdar anıdır. Prezident kimi Siz ilk dəfədir Xızı torpağındasınız. Səfəriniz uğurlu, qədəmləriniz mübarək olsun. Ölkəmizin bütün regionları kimi, Xızı da hər gün gözəlləşir, abadlaşır. Sizin xalqımız üçün gördüyünüz bütün işlər indi hər evdə, hər ailədə özünü göstərir. Biz Sizin Xızıya olan diqqətinizi görürük, hiss edirik. Təsadüfi deyil ki, Siz bu yaxınlarda Xızıya şəhər statusu vermisiniz. Əziz Prezidentimiz, buna görə Sizə xızılılar adından dərin minnətdarlığımızı bildiririk. Biz də çalışacağıq ki, dövlətin bu qayğısına öz zəhmətimizlə cavab verək.

Xızının bu füsunkar təbiəti, Siz qeyd etdiyiniz kimi, turizmin inkişafını zəruri edir. Biz inanırıq ki, Sizin bu səfəriniz Xızıda hər sahədə olduğu kimi, turizmin də inkişafına güclü təkan verəcəkdir. Ölkəmizin birinci xanımı, hamımızın sevimlisi Mehriban xanımın da gördüyü işlər göz qabağındadır. Onun mədəniyyətimizin, təhsilimizin, səhiyyəmizin inkişafında, xüsusilə də milli-mənəvi dəyərlərimizin qorunmasında gördüyü səmərəli işlər xalq tərəfindən hər yerdə rəğbətlə qarşılanır.

Əziz Prezidentimiz, Siz ulu öndərimizin yolunu layiqincə davam etdirərək, Azərbaycanı qüdrətli, zəngin, firavan bir ölkəyə çevirirsiniz. Siz həmişə xalqın arasındasınız. Ona görə də Sizi özümüzə böyük dayaq, arxa hesab edirik.

Əziz Prezidentimiz, bu gözəl, fərəhli, qürur dolu anları bizə bəxş etdiyiniz üçün Sizə bir daha öz minnətdarlığımızı bildiririk.

İLHAM ƏLİYEV: Çox sağ olun, təşəkkür edirəm. Mən də demək istəyirəm ki, Bakıya qayıdan kimi göstəriş verəcək və əlavə vəsait ayıracağam ki, siz özünüz lazımi tədbirlər görəsiniz və Altıağac yolunu tezliklə normal vəziyyətə gətirəsiniz. Bütövlükdə, başqa yolların təmiri, tikintisi lazımdır və mən əlavə tədbirlər görəcəyəm. Xızı rayonunun inkişafı gələcəkdə də sürətlə getməlidir.

İndi Azərbaycanda belə gözəl ab-hava, gözəl şərait var, insanlar işlə təmin olunubdur. Demək olar ki, Azərbaycanda işsizlik böyük dərəcədə aradan qaldırılır. İndi Azərbaycanda yoxsul adamların sayı da azalır. Əlbəttə, hər ölkədə olduğu kimi, hələ var amma azalır. Elə etməliyik ki, bu problemi tamamilə aradan qaldıraq. Bütün bunları etmək üçün, əlbəttə, ölkədə sabitlik olmalıdır. Bunsuz heç bir işi görmək mümkün olmayacaqdır. Sabitlik olmayan yerlərə heç kim vəsait qoymur, turist gəlmir, qonaq gəlmir və orada iqtisadiyyat da inkişaf etmir. Azərbaycanda bu sahədə çox böyük nailiyyətlər əldə edilibdir. Azərbaycanda çox gözəl şərait var, ab-hava var, insanlar rahat, təhlükəsizlik şəraitində yaşayırlar, arxayındırlar. Əsas budur. Bu, böyük bir nəticədir, böyük bir nailiyyətdir. Xüsusilə görəndə ki, dünyanın müxtəlif ölkələrində müxtəlif xoşagəlməz hadisələr baş verir, sabitlik pozulur, münaqişələr baş verir. Biz bu sabitliyi saxlamalıyıq, möhkəmləndirməliyik. Əlbəttə, bu, bizim gələcək uğurlarımızın başlıca şərtidir və bunun əsasında gələcəyə getməliyik, ölkəmizi müasirləşdirməliyik. Uşaqları yaxşı tərbiyə etməliyik, onlar məktəblərdə yaxşı oxumalı, yaxşı bilik almalıdırlar. Onlar gələcək üçün dəyərli insan olmalıdırlar, sağlam olmalıdırlar. Ona görə indi biz müxtəlif yerlərdə yeni tibb ocaqları yaradırıq. Onlar idmanla məşğul olmalıdırlar. Hər bir rayonda böyük idman qurğuları tikilir və bu proses davam edir.

Görürsünüz, bizim idmançılarımız Olimpiada kimi mötəbər yarışda nə qədər böyük uğurlar əldə ediblər. İndi bizim 6 medalımız var, 7-ci medal da olacaqdır. Bu, Azərbaycan kimi böyük olmayan ölkə üçün çox böyük nailiyyətdir. 200-dən çox ölkənin arasında yüksək nəticə göstərmək böyük bir uğurdur, böyük bir qürur mənbəyidir və hər bir azərbaycanlı bununla fəxr edir.

Eyni zamanda, idman sağlamlığa da çox böyük təsir edir. Gərək uşaqlar idmanla məşğul olsun, yaxşı oxusunlar ki, dəyərli vətəndaşlar kimi gələcəkdə ölkəni idarə etsinlər. Bütün bunları etmək üçün biz hamımız çalışmalıyıq. Həm Bakıda biz, həm də rayonların rəhbərliyi, bütün insanlar hərəsi öz yerində fəal işləməlidir ki, ölkəmizi daha da gözəl gələcəyə aparaq. Mən bu işlərdə sizə də uğurlar arzulayıram.

X X X

Sonra dövlətimizin başçısı rayon ağsaqqalı, Sosialist Əməyi Qəhrəmanı Əlisəfa Abbasov ilə söhbət etdi.

ƏLİSƏFA ABBASOV: Bu ordenlər ulu öndərimiz Heydər Əliyevin sayəsindədir. O, mənim dörd övladıma da ali təhsil veribdir, Gəncədəki Kənd Təsərrüfatı Akademiyasına göndərdi. Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin.

İLHAM ƏLİYEV: Bizim bütün uğurlarımızın təməlində onun fəaliyyəti dayanır. O vaxt, 1970-80-ci illərdə siz də işləmisiniz, bu ordenləri almısınız və indi də xatırlayırsınız ki, Azərbaycan üçün necə gözəl işlər görübdür. Bütün bölgələr abadlaşırdı, gözəlləşirdi. O, Azərbaycandan gedəndən sonra vəziyyət yavaş-yavaş pisləşməyə başladı. Nəticədə nə oldu?! Azərbaycan böhran vəziyyətinə düşdü. Vətəndaş müharibəsi, iqtisadi böhran - hər şey baş verdi. Amma o, 1993-cü ildə gəldi və sabitliyi bərpa etdi. 1993-cü ildən 2003-cü ilə qədər Azərbaycan çox böyük inkişaf yolu keçdi. Hər şey sabitləşdi, inkişaf yenidən başladı. İndi də biz davam etdiririk. Sizin kimi veteranlar, gənclər - hamımız birlikdə bunu etməliyik.

Siz böyük qəhrəmanlıq göstərmisiniz. İndi də işləyirsiniz?

ƏLİSƏFA ABBASOV: Bəli işləyirəm, fermam var, övladlarım işlədir.

İLHAM ƏLİYEV: Əvvəllər dövlətə işləyirdiniz, indi isə özünüzə, yəni həm dövlətə, həm də özünüzə. Siz özünüzə işləməklə, eyni zamanda, dövləti də gücləndirirsiniz. Sağ olun.

X X X

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirdi və onlarla çox səmimiyyətlə görüşüb sağollaşdı.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçli məhbuslar Estoniya həbsxanalarında saxlanma şəraitindən şikayətləniblər

“Azərişıq”: Süni intellektin tətbiqi şəraitində hələ də fiziki hazırlıqlı işçilərə ehtiyacımız var

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

“Cahan Holding” “Baku Build” sərgisində iştirak edib

Deputat: Paşinyan bu gün sülh libası geyinibsə, bunun səbəbi Azərbaycanın gücüdür

Azərbaycanlı alimlərin Pekində çinli tələbələrlə görüşü olub

Səmərqənd Dövlət Texniki Universitetinin professor-müəllim heyəti AzMİU-da təcrübə keçir

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının yarımfinalında uduzub

Aqrar Təlim Mərkəzinin mütəxəssisləri Tovuzda nümunəvi heyva bağı ilə tanış olublar

Bakı beynəlxalq dialoqun və strateji tərəfdaşlığın mərkəzi kimi mövqeyini möhkəmləndirir ŞƏRH

Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 8 idman növü üzrə təmsil olunacaq

Baş Prokurorluq Türkiyə vətəndaşı Celal Çiftçi barəsində beynəlxalq axtarış elan edib

Politoloq: Ermənistanın sabiq prezidentlərinin hər üçü müharibə cinayətlərində iştirak edib - ŞƏRH

Dünyaşöhrətli alim Erol Qelenbe İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında məruzə edib

İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib

“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır

Sağlamlıq və şəfa mənbəyi: Naftalan və Kəlbəcərin termal imkanları Samsun sərgisində

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyib

Diaspor nümayəndəsi: Azərbaycanda təhsil almış laoslular ölkəmizi böyük sevgi ilə xatırlayırlar

Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

Qazaxıstan Azərbaycanla avtomobil daşımaları üçün elektron icazələrin mübadiləsini genişləndirib

Azərbaycan Ümumdünya Qida Gününü qeyd edir: İnnovasiya dayanıqlı ərzaq sistemlərinin açarıdır

Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO

Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO

Qambiya sahillərində miqrant qayığının qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

AQEM Asiya qitəsində qanunun aliliyini təmin edən platformaya çevrilməlidir ŞƏRH

ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb

Nazir müavini: Yaşlı insanlarla bağlı sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi prioritetdir

Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə VII Sammitin nəticələrini müzakirə edib

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

AMADA-nın icraçı direktoru Yunanıstanda süni intellektin antidopinqdə tətbiqi barədə çıxış edib

Cəzaçəkmə müəssisəsinə narkotik vasitənin və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır

ABŞ-nin neft ehtiyatları azalıb

“Tərəqqi" medalı ilə təltif olunan paralimpiyaçı: Elə bil dünyanı mənə verdilər

DSX: 35 kiloqram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir - ŞƏRH

“Rəqəmsal rabitə” informasiya sisteminin effektivliyi məlumatın düzgünlüyü, təhlükəsizliyi və fasiləsiz əlçatanlığı ilə ölçüləcək - AÇIQLAMA

FHN işğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib

2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir

Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub

Prezident təqaüdçüsü: Ətrafımdakılar bacarmayacağımı desə də, məqsədimə çatmaq üçün çalışdım

Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində

Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ərazisində avtobus marşrutları üzrə dəyişikliklər ediləcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rumıniyanın Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyası ilə memorandum imzalayıb

Portuqaliya millisinin baş məşqçisinin vəkili Ronaldunun davranışını tənqid edib

ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Siyasi şərhçi :Dayanıqlı sülh həm də beynəlxalq öhdəliklərin yerinə yetirilməsindən asılıdır

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar -  Panel sessiya  VİDEO

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar - Panel sessiya VİDEO

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti autizmli uşaqların sosial həyatda fəal iştirakını dəstəkləyir

® “Azercell”dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azərbaycanda ət və yumurta istehsalı artıb

Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq

DYP yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında süni intellektəsaslı avadanlıqlardan istifadə edir

Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib

Qarşıdakı 4 ildə Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Rumıniya Senatının üzvləri Azərbaycanın qiymətləndirmə sektorunun inkişafı barədə məlumatlandırılıblar

Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı

Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb

Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb

Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

AQEM-in transformasiyası və Azərbaycanın üzərinə düşən tarixi məsuliyyət – ŞƏRH

Əmək Məcəlləsində dəyişiklik edilir

“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif edilib - SƏRƏNCAM

Sabah hava əsasən yağmursuz keçəcək

Azərbaycanda bu ilin səkkiz ayında 56 mindən çox körpə doğulub

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Maliyyə Nazirliyi: 2030-cu ildə dövlət borcunun ÜDM-in 20,4 faiz səviyyəsində olacağı gözlənilir

Sahib Paşazadə Yakutiyada XVI Beynəlxalq Arktika Musiqi Festivalında çıxış edib

Vinisius müasir dövrün ulduz futbolçuları arasında ən çox qırmızı vərəqə alan oyunçudur

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq

AZSTAND: Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5-20 dollar arasında kənarlaşmalar əsasında formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2  VİDEO

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək