Xızıda 11 santimetr hündürlüyündə qar, Qubada isə 11 dərəcə şaxta VİDEO
Xızı, 5 dekabr, Elxan Yusifli, AZƏRTAC
Quba, Qusar və Xızı rayonlarına qar yağıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qubanın rayon mərkəzində qarın hündürlüyü 3 santimetr, Xaltan və Qrız kəndlərində isə 2 santimetr olub. Xızının Altıağac qəsəbəsində 11, Qusarın rayon mərkəzində isə 2 santimetr hündürlüyündə qar müşahidə olunub.
Bölgədə ən aşağı temperatur (-11 dərəcə) Qubanın Qrız kəndində qeydə alınıb.