Xızıda toy edənlər cərimələndi
Xızı, 5 aprel, Elxan Yusifli, AZƏRTAC
Xızıda karantin qaydalarını pozaraq toy məclisi təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları Yaşma kənd sakini Mirsəftər Camalovun həyətində karantin rejiminin qaydalarını pozaraq oğluna toy məclisi təşkil etdiyi müəyyən olunub.
Polis əməkdaşları tərəfindən həmin məclisin təşkilatçısına və orada iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah edilib. 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və həmin şəxslər məsuliyyətə cəlb olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:19]
Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir
- 08.10.2026 [17:15]
Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO
- 08.10.2026 [17:01]
Cəbrayılda mina partlayıb, 1 nəfər xəsarət alıb
- 08.10.2026 [16:04]
ABŞ-dən olan səyyah: Şuşa çox gözəl şəhərdir
- 08.10.2026 [15:22]
Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO
- 08.10.2026 [14:35]