Xocalı faciəsi bəşər tarixinin ən dəhşətli kütləvi terror hadisələrindən biridir
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK), Milli Depozit Mərkəzinin (MDM) və Bakı Fond Birjasının (BFB) əməkdaşlarının iştirakı ilə Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
QKDK sədrinin müavini Comərd Əliyev Ermənistan silahlı qüvvələri tərəfindən sovet imperiyasının havadarlığı ilə Azərbaycan xalqına qarşı növbəti soyqırımının Xocalıda törədildiyini bildirərək 1992-ci il fevralın 26-da yüzlərlə dinc insanların vəhşiliklə qətlə yetirildiyini qeyd etmişdir. C.Əliyev iyirmi bir il bundan əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırımının bəşər tarixinin ən dəhşətli kütləvi terror hadisələrindən biri olduğunu bildirmişdir.
Tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış və tarix boyu xalqımıza qarşı törədilən soyqırımından bəhs edən “Azərbaycan həqiqətləri” filmi nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]