Xocalı faciəsi bəşəriyyətə qarşı tarixi cinayətdir
Ağsu, 25 fevral, AZƏRTAC
Ağsu rayon Heydər Əliyev Mərkəzinin, Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağsu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Xocalı faciəsi bəşəriyyətə qarşı tarixi cinayətdir” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını ziyarət ediblər. Mədəniyyət evində təşkil olunan tədbirdə Xocalı soyqırımı qurbanlarının, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə təşkilatçı idarələrin əməkdaşları və fəal gənclər çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın işğalçı ordusunun Xocalıda törətdikləri vəhşiliklərdən danışıblar.
“Xocalıya ədalət!” şüarı altında keçirilən şeir müsabiqəsinin qaliblərinə diplomlar verilib. Sonra “Xocalı nişanəsi” adlı qısametrajlı film nümayiş etdirilib.
Sonda tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin gənc rəssamlarının əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.