XOCALI FACİƏSİ HEÇ ZAMAN YADDAN ÇIXMAYACAQDIR
Bakı, 24 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Mərasimdə DİA-nın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda mənfur ermənilərin dəhşətli cinayətlər törətdiklərini xatırlatmışdır. Qanlı faciənin heç zaman yaddan çıxmayacağını vurğulayan rektor, ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızın tezliklə azad ediləcəyinə əminliyini bildirmişdir.
Digər natiqlər də Xocalı soyqırımı barədə dünya xalqlarına daha ətraflı məlumatların verilməsinin vacibliyini söyləmişlər.
Sonra faciə qurbanlarının xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]