XOCALI FACİƏSİNİN QURBANLARIRUMINİYADA ANILMIŞDIR
Tədbiri giriş sözü ilə açan səfir Eldar Həsənov Xocalı faciəsinin Azərbaycanın unudulmaz, dəhşətli və qanlı günlərindən olduğunu söyləyərək, ermənilər tərəfindən törədilən qırğının ağır nəticələrindən danışmış, tədbir iştirakçılarına soyqırım aktının bir sıra dünya ölkələrində anıldığını, Azərbaycan cəmiyyətləri tərəfindən nümayişlərin keçirildiyini bildirmişdir.
Tədbir iştirakçıları, həmçinin, Xocalı faciəsinin dəhşətlərini əks etdirən foto-guşəyə də baxılmış, Səfirliyin təşəbbüsü ilə rumın dilində çapdan çıxmış “Xocalı faciəsi” adlı kitabla, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış “Diplomatiya Aləmi” jurnalının ingilis dilində Xocalı faciəsinə həsr olunmuş xüsusi buraxılışı ilə, Səfirlik tərəfindən hazırlanmış press-relizlə və Xocalıdan olan məcburi köçkünlərin BMT, Avropa Şurası və ATƏT-ə ünvanlanmış müraciəti ilə də tanış olmuşlar.
Bu sənədlər Rumıniya parlamentinə, dövlət və qeyri-hökumət qurumlarına, dövlət arxivlərinə, milli kitabxanalara, bir sıra səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə də göndərilmişdir.