Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı həqiqətləri: Bəşəriyyətə və insanlığa qarşı görünməmiş cinayətin tarixi kökləri

Bakı, 14 mart (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyasının rəisi, Azərbaycan Müəllimlər İnstitutu ictimai fənlər kafedrasının müdiri, tarix elmləri doktoru Qafar Cəbiyevin tədqiqatlarında ölkəmizin dilbər guşələrindən olan Dağlıq Qarabağın qədim və müasir tarixinin öyrənilməsi mühüm yer tutur. 

Tanınmış alimin AZƏRTAC-a təqdim etdiyi “Xocalı həqiqətləri: Bəşəriyyətə və insanlığa qarşı görünməmiş cinayətin tarixi kökləri” sərlövhəli yazı Azərbaycanın işğal altındakı bu qədim diyarında erməni vandallarının törətdikləri vəhşiliklərin, xüsusilə xalqımızın qədim mədəniyyət beşiklərindən biri olan Xocalıda həyata keçirilmiş soyqırımının baş verməsi səbəbləri təkzibolunmaz faktlar əsasında qələmə alınmışdır və uzaq və yaxın tariximizin gerçəkliklərinə ayna tutmaq baxımından son dərəcə aktual və əhəmiyyətlidir.

AZƏRTAC yazını təqdim edir.

Ermənilər zaman-zaman azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirmişlər. XX əsr isə bütünlükdə soyqırımlar silsiləsidir.

Əsrin əvvəllərində ermənilər özlərinin cəfəng “Böyük Ermənistan” xülyalarını reallaşdırmaq üçün Osmanlı dövlətində başladıqları terrorçu fəaliyyətlərini Azərbaycanda da davam etdirməyə cəhd göstərdilər. Bu prosesdə onların xarici havadarları ilə yanaşı, Azərbaycanda yaşayan və işləyən ermənilər də fəal iştirak etmişlər.

Bakıda 1905-ci ilin fevralında ermənilərin törətdikləri və “Müsəlman-erməni” və “Tatar-erməni” toqquşması kimi qələmə verilən qanlı qırğın o zaman Avropanın və çar Rusiyasının hərbi və siyasi dəstəyi ilə azərbaycanlılara qarşı aparılan əsl müharibə idi. Əhməd Ağaoğlu bu barədə yazırdı: “Bu üç-beş erməninin başı boş hərəkəti deyil, arxasında güclü Qərb havadarlarının dəstəyini hiss edən və strateji plana sahib Daşnaksütyunun planlı işidir”.

Bakı hadisələrindən sonra həmin ilin mayında Naxçıvanda qanlı qırğınlar başlandı. Təpədən-dırnağadək silahlanmış ermənilər kazaklardan da istifadə edərək müsəlmanları qətlə yetirir, qarət edir, kəndləri yandırırdılar. Ermənilər terror fəaliyyətlərini İrəvan, Çəbrayıl, Şuşa, Cavanşir, Gəncə, Tiflis, Qazax qəzalarında da eyni ssenari ilə həyata keçirirdilər.

Məmməd Səid Ordubadi Cavanşir qəzasının Ümidli kəndindəki erməni vəhşiliyini belə təsvir edir: “Bəşər tarixinə nəzər salsaq görərik ki, indiyə qədər heç bir xalq qadın tayfasına bu qədər cəfa etməmişdir ki, ermənilər Ümidli camaatına etdilər. Bir ananın qarşısında 3-4 balasını qurban edib, balaları əl-ayaq çaldıqda ananı gözü yaş ilə dolu bir halda bihörmət etmək insafdandırmı?!.. Budurmu erməni mədəniyyəti?!”

XX əsrin əvvəllərində Daşnaksütyun partiyasının terror şəbəkəsi artıq kifayət qədər formalaşmışdı. Təkcə 1905-1909-cu illərdə bu terror qrupları tərəfindən 200-dən artıq qanlı aksiyalar həyata keçirilmişdi. 1905-1907-ci illər ərzində daşnak silahlı qüvvələrinin sayı 100 min nəfərə çatdırılmışdı. Bu qüvvələrin tərkibində xeyli sayda Osmanlı erməniləri də var idi. Xüsusilə Gəncə və Bakıda daşnak hərbi qüvvələrinin güclü şəbəkəsi yaranmışdı. 1905-1906-cı illərdə Gəncə, Bakı və Azərbaycanın digər bölgələrində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınların törədilməsi də bu şəbəkənin “fəaliyyəti”nin dəhşətli nəticələrini göstərir. Həmin illərdə Bakı və Gəncədə çar polisi tərəfindən ələ keçirilmiş, silah anbarlarında və emalatxanalarında üzə çıxarılmış böyük hərbi ehtiyatlar ermənilərin terror şəbəkəsinin nə qədər güclü, niyyətlərinin nə qədər qəddar və çirkin olduğunu sübut edirdi.

Xatırladaq ki, Daşnaksütyun partiyasının Qafqazdakı silah anbarlarında 10 min ədəd tüfəng, hədsiz sayda revolver, 1 milyondan artıq patron, 1000-dən çox bomba saxlanılmışdır.

Ermənilər Birinci Dünya müharibəsindən, xüsusilə 1917-ci ilin fevral və oktyabr çevrilişlərindən sonra Rusiyadakı siyasi vəziyyətdən öz mənafelərinə uyğun istifadə edərək bolşevizm bayrağından bəhrələnməyə çalışırdılar. Bakı Kommunası əksinqilabçılara qarşı mübarizə şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasına başlamışdı. Milli mənsubiyyətinə görə minlərlə azərbaycanlı qətlə yetirilmiş, evlər və insanlar yandırılmışdır. Milli arxitektura abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılmış, Bakının çox hissəsi xarabalığa çevrilmişdir. Azərbaycanlıların soyqırımı Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə xüsusi qəddarlıqla həyata keçirilmişdir. Həmin ərazilərdə dinc əhali kütləvi şəkildə məhv edilmiş, kəndlər yandırılmış, tikililər və milli abidələr dağıdılmışdır.

1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda ermənilər 50 min nəfərdən çox azərbaycanlını qətlə yetirmiş, evlər qarət edilmiş, on minlərlə şəxs evlərindən qovulmuşdur. Təkcə Bakıda 30 min nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Şamaxıda 58 kənd dağıdılmış, 7000 nəfər öldürülmüşdür. Onlardan 1653-ü qadın, 965-i uşaq olmuşdur. Qubada 122, Qarabağda 150, Zəngəzurda 115 kənd yerlə-yeksan edilmiş, cinsindən və yaşından asılı olmayaraq bütün əhaliyə divan tutulmuşdur. İrəvan quberniyasında 211, Qarsda isə 92 azərbaycanlı kəndi dağıdılmışdır. Təkcə İrəvan və onun ətrafında 88 kənd yerlə-yeksan edilmiş, 1920 ev yandırılmış, 131970 nəfər öldürülmüşdür.

Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman 1925-ci ildə Bakı hadisələri barədə bunları yazırdı: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra şəhərdəki çuxurlardan birində 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmış vəziyyətdə tapılmışdır”.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti 1948-1953 və 1988-90-cı illərdə də davam etdirilmişdir.

Bu qəbildən olan Xocalı soyqırımı isə xüsusi vəhşiliklə törədilmişdir.

Məlumat üçün bildirim ki, Xocalı Azərbaycanın qədim yaşayış məntəqələrindəndir. Burada hələ tunc dövründən başlayaraq Xocalı-Gədəbəy mədəniyyətinin daşıyıcısı olan ulu əcdadlarımız yaşamışlar. Arxeoloqlar tərəfindən Xocalıda tunc dövrünə aid 100-ə qədər kurqan qeydə alınmış və onların bir hissəsi artıq öyrənilmişdir. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Xocalı kurqanlarında əsasən dövrünün məşhur sərkərdə və əyanları dəfn edilmişlər.

XX əsrin 90-cı illərinə qədər Xocalı kənd statusuna malik yaşayış məntəqəsi olmaqla Əsgəran rayonuna tabe idi. O zaman Xocalıda cəmi 3 min nəfər əhali yaşayırdı.

Xocalıya şəhər statusu 1990-cı ilin fevralında verilmişdir. Ermənistandan didərgin salınmış azərbaycanlıların, Özbəkistandan qovulmuş Məhsəti türklərinin, Dağlıq Qarabağın Xankəndi və başqa yaşayış məntəqələrindən zorla çıxarılmış azərbaycanlıların bir hissəsi Xocalıda yerləşdirilmişdir. Buna görə də Xocalı əhalisi 1992-ci ildə 7 min nəfərə çatmışdır. Xocalıya pənah gətirənlər üçün çoxsaylı fin evləri quraşdırılmışdır. Beləliklə, Xocalı şəhərində evsiz-eşiksiz bir nəfər də qalmamışdır. Şəhərdə toxuculuq və tikiş fabrikləri, digər sənaye müəssisələri fəaliyyət göstərirdi.

Xocalı faciəsini törətmək üçün ermənilər xüsusi plan hazırlamışdılar. Hələ 1992-ci il fevralın 16-da Xankəndidə, 366-cı alayın nəzdində “Gizli erməni cəbhəsi” deyilən bir “rota” yaradılmışdır. Rotanın özəyini Livan, Amerika, Kanada, İran, İsveç, Türkiyə, İtaliya və Hollandiyadakı erməni icmalarını təmsil edən, başlarının üstündən “Böyük Ermənistan” xəritəsi asılmış silahlı erməni birləşmələri təşkil edirdi. Fevralın 17-də qızlardan ibarət “Şuşanik” adlı snayperçilər dəstəsi də həmin ”cəbhə”yə qoşulmuşdular. O da məlumdur ki, Xocalı faciəsindən bir neçə gün əvvəl 36 məşhur erməni firması “Gizli erməni cəbhəsi”nə 470 min dollar “yardım” etmişdir.

Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Azərbaycanın Xocalı şəhərini zəbt edərək, xalqımıza qarşı soyqırımı siyasətini həyata keçirmişlər.

Xocalı əməliyyatı zamanı dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir. 230 ailə başsız qalmış, 200 nəfərin əlləri, ayaqları kəsilmişdir.

Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (131 kişi, 51 qadın və 13 uşaq) məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-Müdafiə Mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.

İstintaq materiallarından məlum olmuşdur ki, Xocalıya hücumda 366-cı alayın 1, 2 və 3-cü batalyonları iştirak etmişdir. Xocalının külünü göyə sovuran isə 366-cı alayın polkovniki İvan Moiseyevin batalyonu olmuşdur. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, o gecə 366-cı alaydakı hərbi texnika və silahların 85 faizi ermənilərin əlinə keçmişdir. Üstəlik Fransadan göndərilmiş 142 ədəd avtomat, 7 min 600 ədəd güllə, 460 ədəd bronjilet, 146 ədəd tapança...ermənilərin istifadəsinə verilmişdir. Amerikada istehsal olunmuş 149 ədəd ratsiya da döyüşdən əvvəl ermənilərə paylanmışdır.

Xocalı soyqırımında iştirak edən 366-cı motoatıcı alayın polkovniki V. Savelyevin “Məxfi arayış”ında deyilir: “...Ermənilər ruslara məxsus 02-19-MM nömrəli “KamAZ”la ərazidəki meyitləri yığıb Xocalıda tonqal qurdular... İnsanın insana olan nifrəti burada həddini aşmışdı. Kim yaratmışdı bunu, dərk edə bilmirdim. Mən sizə azğınlaşmış sıravi ermənilərə qoşulub əsir azərbaycanlıları sıraya düzərək tək-tək məhv edən və bundan həzz alan rütbə sahiblərini tanıtmaq istəyirəm:

- Polkovnik B.Baynukov - arxa cəbhə üzrə polk komandirinin müavini;

- Polkovnik İ.V. Moiseyev - birinci batalyonun komandiri;

- Mayor S.İ.Ohanyan - ikinci batalyonun komandiri;

- Mayor E.A.Nabonik - üçüncü batalyonun komandiri və qeyriləri”.

Xocalıya nəinki yerüstü, hətta havadan da zərbə vurulmuşdur. Xüsusi hazırlıq görmüş erməni pilotları 1992-ci il fevralın 17-də Telavi hərbi bazasında terrorçu-yazıçı Zori Balayandan xeyir-dua almışdılar. Xocalı əməliyyatında istifadə üçün müxtəlif markalı 9 hərbi vertolyot ayrılmışdır. Fevralın 22-də vahid komandanlıq üçün vertolyot eskadrilyası 366-cı alayın tərkibinə keçirilmişdir. 1992-ci ildə Xocalını bombalayan vertolyot eskadrilyasının siyahısı belə idi: 39 nömrəli vertolyotun pilotu Livan ermənisi Romb Qalaqçyan, 40 nömrəli vertolyotun pilotu Suriya ermənisi Razdan Minoyan, 29 nömrəli vertolyotun pilotu Livan müsəlmanı Zahid əl-Məhəmməd və 17 nömrəli vertolyotun pilotu Yerevan ermənisi Suren Pirimyan olmuşdur.

Fevralın 25-i saat 16-dan 24-dək Xocalı ərazisinə bu vertolyotlardan 89 dəfə raket atılmışdır. Fevralın 28-də Xocalı əməliyyatında fəal iştirakına görə Zahid əl-Məhəmmədə və Suren Pirimyana “Qızıl xaç” ordeni verilmişdir.

Mənfur Zori Balayan 1996-cı ildə Vanazorda nəşr olunmuş “Dirilmə” adlı kitabında Xocalıda törədilən qətliamlardan pafosla bəhs edərək belə yazırdı: “Vətəndaşlıq və kişilik vəzifəsi kimi mən də moğol dölü olanlara (yəni türklərə) işgəncə verdim. Mən Xacaturla onların saxlandığı zirzəmiyə girəndə bizim əsgərlər çox səs çıxarmaması üçün uşağın dırnaqlarından pəncərəyə mıxlandığını gördüm. Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra mən 13 yaşlı bir türkün sinəsini və qarnını yardım. Uşaq 7 dəqiqə sonra qan itkisindən öldü. Mənim ixtisasım doktor (humanist) olduğu üçün uşağa etdiyimdən xoşbəxt olmadım. Ancaq qəlbimdə bir böyük sevinc vardı.

.... Xacatur itdən doğulmuşların (yəni türklərin) cəsədini parçalara böldü və itlərə atdı. Dünən biz eyni hərəkətləri daha üç türk dölünə tətbiq etmişdik. Bununla Xaçatur və mən ermənilik, vətənsevərlik və vətəndaşlıq borcumuzu yerinə yetirdik...”

2000-ci ildə Beyrutda nəşr olunmuş “Xaç naminə” adlı kitabında Daud Xeyriyan da Xocalı soyqırımından ağızdolusu bəhs edir: “Bu səhər soyuqda Daşbulağa doğru təxminən bir kilometrlik yolu keçmək üçün cəsədlərdən yol düzəltdik. Mən cəsədlərin üstündən keçmək istəmirdim. Polkovnik Ohanyan mənə qorxmamağımı və bunun müharibə qanunları olduğunu söylədi. Mən 9-11 yaşlarında bir qız cəsədinin sinəsinə çıxaraq irəlilədim. Mənim pal-paltarım qana bulaşmışdı. Beləcə mən təxminən 1200 cəsədin üstünə çıxaraq keçdim…” O, daha sonra yazır: “Martın 2-də “Qaflan” erməni qrupu (cəsədləri yandırmaq üçün yaradılmış xüsusi qrup) axmaq moğollara (yəni, türklərə) aid 2000 cəsəd yığdı və Xocalının qərbində onları bir yerə toplayaraq yandırdı. Son yük maşınında mən təxminən 10 yaşında bir qız uşağı gördüm. Qız boynundan və əlindən yaralanmışdı. Diqqətlə baxanda yavaşca nəfəs aldığını gördüm, soyuq, aclıq və aldığı yaraya baxmayaraq uşaq hələ yaşayırdı. Tiqran adlı bir əsgər onun qulağından tutub yandırılmaq üçün bir yerə toplanmış və üzərinə mazut tökülmüş cəsədlərin yanına gətirdi və daha sonra onları yandırdı. Bu zaman mən birinin yardım səsini eşitdim…”.

Azərbaycan matəm içərisində ikən erməni diasporunun dəstəyi ilə Xocalıya gəlmiş avropalı erməni “jurnalistlər” isə faciəni azərbaycanlıların törətdikləri haqqında yalan məlumatlar yazmağa, dünyanı aldatmağa çalışırdılar. Amma onların içərilərində həqiqəti yazanlar da var idi. Mənşəcə Avropa ermənisi olan jurnalistlərdən biri törədilən faciəni olduğu kimi çatdırmağa çalışmışdı: “Xocalıda qətlə yetirdikləri 100 nəfəri yan-yana düzərək körpü düzəltdilər. Mən bu körpüdəki cəsədlərin üzərindən keçdim. Ayağımı körpə bir uşağın sinəsinə qoyanda elə titrədim ki, fotoaparatım, bloknotum, qələmim yerə düşərək qana boyandı. Özümü tamamilə itirdim. Bədənim tir-tir titrəyirdi”. Fransada çıxan aylıq jurnalların birində “Hücumdan əvvəl” yazısını (12 mart 1992-ci il) çap etdirən erməni jurnalisti Siracyan yazır: “Xocalını gözlərimlə gördüm. Hər yandan qan iyi gəlirdi. Qar üzərində kimsəsiz, cansız, sahibsiz cəsədlərdən qorxdum… Qorxdum ki, bu qan üçün heç vaxt Azərbaycan tərəfi, sabahkı nəsillər susmasın… Bu gün ruslar bizimlədir. Bəs sabah ? Biz tənha qala bilərik”. Fransız jurnalisti Jan-iv Yunet isə belə yazırdı: “Biz Xocalı faciəsinin şahidi olduq, yüzlərlə öldürülmüş günahsız meyitləri gördük. Bunlar qadınlar, uşaqlar, qocalar və Xocalının keşikçiləri idilər. Bizə alçaqdan uçan vertolyot verdilər. Xocalıda nə baş verdiyinin şahidi olduq. Ermənilər bizi atəşə tutduqlarından çəkilişi axıra çatdıra bilmədik. Mən müharibədə çox şeylər olduğunu, alman əsgərlərinin qəddarlığını eşitmişəm, amma ermənilər onları ötüb keçmişdilər. Onlar 5-6 yaşlı uşaqları, dinc əhalini vəhşicəsinə öldürmüşdülər”.

“İzvestiya” qəzetinin müxbiri V.Belux isə öz qeydlərində Xocalı hadisələri zamanı gözləri oyulmuş, qulaqları kəsilmiş, kəllə sümükləri çıxarılmış, başları kəsilmiş meyitlərin şahidi olduğunu yazmışdır. Mayor Leonid Kravets isə Xocalı dəhşətlərini belə xatırlayır: ”26 fevralda mən azərbaycanlılara kömək üçün yaralıları daşıyarkən 200-ə qədər öldürülmüş və səpələnmiş insan cəsədləri gördüm. Ölüləri götürmək istədik. Bizimlə birgə Xocalıdan olan yerli kapitan da var idi, adı yadımdan çıxıb. O, ölülər arasında 4 yaşlı oğlunu tapdı. Uşağın beyni dağılmışdı. Kapitan huşunu itirdi. Biz ermənilərin gülləbaranına düşməmək üçün aradan çıxdıq. Götürə bilmədiyimiz bir başqa uşağın isə başını kəsmişdilər. Biz hər yerdə vəhşicəsinə təhqir edilmiş qadın, uşaq, qoca meyitləri görürdük”.

Xocalıya hücumda iştirak etmiş polkovnik Savelyev 1992-ci il noyabrın 26-da, 1994-cü il martın 19-da, 1998-ci il avqustun 22-də və nəhayət 2000-ci ilin iyul və dekabr aylarında BMT-yə, Avropa Şurasına… sonda Baş Kəşfiyyat İdarəsinə (BKİ) “Məxfi arayış”lar təqdim etmişdir. Arayışda deyilir: ”…Mən bütün bunları yazmaya bilmərəm. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım məxfi arayışı Kremlə, həm də BKİ-nin generallarına göndərdim. Biz rusların zabit şərəfi görün, necə ləkələndi… Əslində millətlərarası münaqişəyə cəlb olunmuş 366-cı alay ətrafında həmin problemlər daha qabarıq nəzərə çarpır. Hərbi əməliyyatlarda polkun ermənilər tərəfinə keçib azərbaycanlıları qırması, hərbi texnika və silahları ermənilərə verməsi məsələsi artıq siyasi məzmun daşıyırdı…”

Bu gün Azərbaycanın Xocalı adlı bir şəhərindən əsər-əlamət yoxdur. Sağ qalan xocalılar Azərbaycanın 48 şəhər və rayonunda 500-dən çox kənd və qəsəbəsində sanatoriya, düşərgə, çadır şəhərçiyi və xüsusi evlərdə müvəqqəti məskunlaşdırılmışlar.

Artıq 21 ildir ki, dövlətimiz tərəfindən Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün mühüm işlər görülür! Bütün dünya dövlətləri Xocalı soyqırımını tanımağa başlamışlar.

Allah Xocalıda həlak olan bütün soydaşlarımıza rəhmət eləsin! Qoy, yağı düşmənlərimiz bir daha bilsinlər ki, məzlumun ahı yerdə qalmaz və qalmayacaqdır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda avtomobil piyadanı vurub

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib