Xocalı sakini: Mühasirədən çətinliklə çıxa bildik
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 25-dən 26-na keçən gecə bədxah qonşularımız soyqırımı siyasətini həyata keçirərək Xocalı şəhərinin sakinlərinə divan tutdular. O zaman mənim 28 yaşım var idi. Xocalı şəhəri dörd tərəfdən mühasirəyə alınmışdı. Çox çətinliklə mühasirədən çıxa bildik. Dəhşətli hadisə idi. Tanıdıqlarımız insanlardan yaralanan və ölənlər çox oldu. Gördüyüm o mənzərəni ömrümün sonuna kimi unutmayacam.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Ana harayı” abidəsini ziyarət edən Xocalı şəhər sakini Gülbahar Musabəyova deyib.
Xocalı sakini faciə nəticəsində şəhid verdiklərini və 27 il əvvəl baş vermiş qətliamın təsirindən hələ də çıxa bilmədiyini söyləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]