Xocalı soyqırımı Azərbaycan tarixində ən dəhşətli və insanlığa sığmayan faciələrdəndir
Bakı, 27 fevral (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edən institutun direktoru Vilayət Vəliyev Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasəti, onun ağır nəticələri, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən hadisələr barədə məlumat vermiş, soyqırımı zamanı törədilmiş vəhşiliklərin insanlığa sığmayan hərəkət olduğunu qeyd etmişdir.
Mərasimdə Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmağın və bunun Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı kimi tanınmasına nail olmağın vacibliyi vurğulanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]