XOCALI SOYQIRIMI DÜNYA İCTİMAİYYƏTİNİNDİQQƏTİNƏ ÇATDIRILMALIDIR
AZƏRTAC xəbər verir ki, fevralın 23-də Dünya Azərbaycanlıları Konqresinin Ağsaqqallar Şurası tarixdə törədilmiş ən dəhşətli soyqırımlardan olan Xocalı faciəsinin 14-cü ildönümünə həsr olunmuş mətbuat konfransı keçirmişdir.
Tədbiri Ağsaqqallar Şurasının sədri Babaxan Muradov açmış, Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Natiqlər Xocalı hadisələrinin dünya ictimaiyyətinə kifayət qədər çatdıra bilmədiyimizi, bu yolda hələ çox işlər görülməsinin zəruriliyini vurğulamışlar.