Xocalı soyqırımı insanlığa ləkədir
Bakı, 25 fevral, AZƏRTAC
Bu günlər Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımının növbəti ildönümünə həsr olunan silsilə tədbirlər keçirilir. Xalqımızın tarixinə kədərli və faciəli səhifə kimi yazılan Xocalı soyqırımını törədənlər, şər qüvvələrə xeyir-dua verənlər haqlı olaraq lənətlənir.
Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) AZƏRTAC-a bildirilib ki, Xocalı faciəsinin 23-cü ildönümü bu ali məktəbdə də qeyd olunub.
Tədbirdə ATMU-nun rektoru, professor Cəfər Cəfərov Xocalı faciəsinin tarixindən, acı nəticələrindən danışıb. Qeyd olunub ki, Xocalı faciəsi erməni şovinistləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Erməni şovinistləri və ideoloqları miqyasına və dəhşətlərinə görə dünya tarixində oxşarı olmayan Xocalı soyqırımını törətməkdə xüsusi məqsəd güdürdülər. Onların məqsədi Dağlıq Qarabağı və digər torpaqlarımızı ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib. 1275 xocalılı əsir götürülüb, 150 nəfər itkin düşüb.
Tədbirdə Xocalı soyqırımı kimi cinayətlərin cəzasız qalmamasının zəruriliyi xüsusi vurğulanıb.
Qeyd edək ki, fevralın 25-də ATMU-da ilk dərslər Xocalıya həsr olunub. Bu ali təhsil ocağının kitabxana-informasiya mərkəzində Xocalı soyqırımı ilə bağlı kitabların sərgisi təşkil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]