Xocalı soyqırımı insanlığa qarşı qanlı cinayətdir
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Şamaxı filialında Xocalı faciəsinin iyirmi üçüncü ildönümü ilə əlaqədar elmi-praktiki konfrans keçirilib.
Filialdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Xocalı qətliamını əks etdirən film nümayiş olunub.
Konfransda AMİ-nin Şamaxı filialının direktoru Tünzalə Yusifova bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri və xocalılılar üçün ən qanlı gecə olub.
Xocalıda törədilmiş amansız qətliam nəinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş soyqırımı aktıdır.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidi, tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi mümkün olub.
Tədbirdə dosent Mayıl Alcanov və başqaları çıxış edərək erməni daşnaqların XIX-XX əsrdə törətdikləri qətliamlar içərisində amansızlığı ilə seçilən Xocalı faciəsinin insanların qanlarını damarlarında donduracaq qədər dəhşətli olduğunu bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]