Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 24 fevral (AZƏRTAC). Fevralın 24-də C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xocalı soyqırımının iyirminci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, kitabxananın foyesində Xocalı soyqırımına həsr olunmuş kitablar sərgilənmişdir.
Kitabxananın direktoru Tahir Sadıqov diqqətə çatdırmışdır ki, Xocalı faciəsi təkcə azərbaycanlılara deyil , bütün dünyada sülhü sevən insanlara qarşı törədilmiş soyqırımıdır.
Bildirilmişdir ki, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu gün Azərbaycan həqiqətlərinin təbliği, Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılır. Artıq dünyanın bir çox ölkələrində Xocalı faciəsinin 20-ci ildönümü qeyd edilir, faciə qurbanlarının xatirəsi anılır.
Tədbirdə hərbi jurnalist, teleoperator, polkovnik-leytenant Seyidağa Mövsümlünün cəbhənin qaynar nöqtələrində və şahidi olduğu Xocalı soyqırımı zamanı lentə aldığı film nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]