Xocalı soyqırımı XX əsrin ən dəhşətli və qəddar terror aktlarından biridir
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Bakıda Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Tədbirdə institutunun direktoru, akademik Vaqif Abbasov 23 il əvvəl, fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə törədilmiş soyqırımı barədə danışıb. Xocalı faciəsində qocalara, azyaşlı uşaqlara və qadınlara qarşı edilmiş amansız vəhşilikləri xüsusi qeyd edən akademik V.Abbasov bu cinayətin cəzasız qalmamasının zəruriliyini və Ermənistanın hərbi-siyasi təcavüzünün dünya ictimaiyyəti tərəfindən ittiham edilməli olduğunu bildirib.
Sonra akademik Musa Rüstəmov, institutun elmi işçisi Günay Nəsibova və digər əməkdaşlar soyqırımı barədə fikirlərini söyləyiblər.
Tədbir Xocalı faciəsinin dəhşətlərini əks etdirən kadrların nümayişi ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]