Xocalı soyqırımına həsr edilən müsabiqənin qalibləri mükafatlandırılıb
Bakı, 26 fevral, AZƏRTAC
“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi və Suraxanı rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr edilən “XX yüzilliyin böyük faciəsi” mövzusunda tədbir keçirilib.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Suraxanı rayon gənclər və idman idarəsinin rəisi Amil Bağırov çıxışında tarix boyu erməni qəsbkarlarının xalqımıza qarşı törətdikləri qətliamlar və soyqırımları barədə məlumat verib. O bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda azərbaycanlılara qarşı törətdikləri qanlı qırğın soyqırımı aktıdır. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı törədilən ən dəhşətli hadisələrdən biridir.
İctimai Birliyin sədri Samirə Mustafayeva qeyd edib ki, erməni qəsbkarlarının Xocalıda törətdikləri soyqırımı nəticəsində bir şəhər yer üzündən silindi. Amma Xocalı faciəsinin kədəri qəlblərimizdən silinməyəcək. İşğal altındakı torpaqlarımızı düşməndən geri alacağımız gün uzaqda deyil.
Tədbirdə Suraxanı rayon məktəblilərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.
Sonda Xocalı soyqırımına həsr edilən inşa, rəsm və bədii qiraət müsabiqəsinin qaliblərinə fəxri fərmanlar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]