Xocalı soyqırımında şəhid olmuş soydaşlarımızın xatirəsi Vyanada yad edilmişdir
Vyana, 26 fevral (AZƏRTAC). Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi fevralın 26-da Vyana şəhərinin mərkəzində yerləşən Ştefan meydanında bəşəriyyətin ən dəhşətli soyqırımlarından biri - Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar kütləvi aksiya keçirmişdir.
Meydanda qurulmuş çadırda Xocalı soyqırımını və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi barədə gerçəklikləri əks etdirən müxtəlif dillərdə kitablar, bröşürlər və digər informasiya materialları nümayiş etdirilmişdir. Təşkilatın fəalları maraq göstərənlərə erməni şovinistləri tərəfindən azərbaycanlılara qarşı yürüdülən etnik təmizləmə siyasətinin kökləri, həmin siyasətin tərkib hissəsi olan Xocalı faciəsi barədə ətraflı məlumat vermişlər.
Birliyin üzvləri, eləcə də mərkəzi Londonda yerləşən “Odlar Yurdu” təşkilatı tərəfindən hazırlanmış bukletlərdə Xocalı soyqırımı barədə erməni müəlliflərinin özləri tərəfindən qələmə alınmış cinayət faktları, nüfuzlu beynəlxalq mətbuat orqanlarında faciə barədə dərc olunmuş məqalələrdən parçalar, münaqişə haqqında internet saytlarından seçmələr yerləşdirilmişdir. Meydanda quraşdırılmış ekranlarda Xocalı soyqırımı haqqında video və fotomateriallar nümayiş etdirilmiş, aksiyaya maraq və rəğbət göstərənlərə üzərində “Mən Qarabağı, Azərbaycanı sevirəm” yazılmış köynəklər hədiyyə edilmişdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]