XOCALI SOYQIRIMININ 14-CÜ İLDÖNÜMÜ TÜRKİYƏDƏ DƏ GENİŞ QEYD OLUNACAQDIR
Səfirliyin əmkdaşlarının, Türkiyə ictimaiyyətinin, Ankarada yaşayan azərbaycanlıların iştirakı ilə Türk Mədəniyyət Mərkəzində keçiriləcək tədbirdə faciənin ildönümü ilə əlaqədar müraciət oxunacaq, Xocalıda ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri əks etdirən sənədli film nümayiş etdiriləcək və sərgi təşkil olunacaqdır.
Azərbaycanın Ankaradakı diplomatik korpusunun təşəbbüsü ilə Türkiyə paytaxtının Keçiörən rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə “Əbədi məşəl” kompleksinin açılışı mərasimində də qardaş ölkə ictimaiyyətinin nümayəndələri və burada yaşayan azərbaycanlılar iştirak edəcəklər. Bundan başqa, səfirliyin əməkdaşları Xocalı faciəsinin ildönümü ilə əlaqədar mətbuat konfransı keçirəcək, Türkiyə mətbuatında məqalələrlə çıxış edəcəklər. Ankarada təhsil alan azərbaycanlı tələbələr isə erməni terroruna son qoyulması və torpaqlarımızın işğaldan azad edilməsi tələbi ilə BMT-nin Ankaradakı nümayəndəliyi qarşısında piket keçirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]