Azərbaycan Dövlət İnformasiya Agentliyi

XOCALI SOYQIRIMININ 17-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR AVROPA ÖLKƏLƏRİNDƏ ANMA MƏRASİMLƏRİ KEÇİRİLƏCƏKDİR

Bakı, 21 fevral (AZƏRTAC). Diaspor ilə İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar Avropa ölkələrində silsilə tədbirlər keçiriləcəkdir. Bütün tədbirlərdə Heydər Əliyev Fondunun təbliğat materiallarından geniş istifadə olunacaqdır.

Strasburqda fevralın 26-da Avropa Parlamentlər Assosiasiyasının binasında XX əsrin ən dəhşətli faciələrindən biri - Xocalı soyqırımına həsr olunmuş anma mərasimi keçiriləcəkdir. Tədbirdə Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin, Azərbaycan və türk diaspor təşkilatlarının, bu şəhərdə təhsil alan gənclərimiz, yerli və xarici qurumların nümayəndələri iştirak edəcəklər.

Mərasim iştirakçılarına Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdiyi materillar təqdim olunacaq, ermənilərin xalqımıza qarşı törətdiyi terror və soyqırımı aktlarına dair geniş məlumat veriləcək, faciədən bəhs edən film və fotostend nümayiş etdiriləcəkdir. Elektron KİV-lərdə faciəyə dair məlumatların yerləşdirilməsi, “dəyirmi masa” keçirilməsi də nəzərdə tutulmuşdur. Daimi nümayəndəlik faciə barədə mətbuat açıqcaları hazırlayaraq, Avropa Şurasının katibliyində, üzv ölkələrin daimi nümayəndəliklərində, habelə Strasburqda fəaliyyət göstərən konsulluqlarda yayacaqdır.

Strasburqdakı “Azərbaycan evi” də Azərbaycan Mədəni Əlaqələr və Azərbaycan Kültür Cəmiyyətləri, Azərbaycanlı Tələbələr Assosiasiyası, Miluzdakı Fransa-Azərbaycan Mədəniyyət Assosiasiyası ilə birlikdə Xocalı soyqırımı barədə həqiqətləri fransız ictimaiyyətinə çatdırmaq məqsədi ilə proqram hazırlamışdır. “Azərbaycan evi” fevralın 28-də Strasburqun mərkəzindəki meydanda nümayiş keçirəcəkdir. Aksiyanın keçirilməsi barədə Strasburq bələdiyyəsindən razılıq alınmışdır. Nümayiş vaxtı yerli sakinlərə Heydər Əliyev Fondunun Xosalı faciəsi ilə bağlı ingilis və fransız dillərində hazırladığı kitablar və digər təbliğat materialları paylanacaqdır. Fevralın 29-da yerli radioda Xocalı soyqırımına həsr olunmuş xüsusi veriliş səslənəcəkdir.

Almaniyada da Xocalı soyqırımı ilə bağlı tədbirlər keçiriləcəkdir. Fevralın 26-da Diaspor ilə İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Alman-Azərbaycan Forumunun prezidenti Otto Hauzerlə birlikdə Frankfurtdakı “FOX” televiziyasında canlı efirdə Xocalı soyqırımı barədə çıxış edəcəklər. Daha sonra V.Hacıyevin Maynts Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür və Frankfurt Azərbaycan Cəmiyyətinin sədri Kəmalə İsgəndərova ilə birlikdə “Kanal Avropa”nın və TQRT-nin Almaniya nümayəndəliyinin canlı efirində soyqırımla bağlı çıxışları nəzərdə tutulmuşdur.

Berlində isə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Bundestaqın üzvlərinin də dəvət olunacağı anma tədbirində soyqırımı ilə bağlı sənədli film nümayiş etdirəcək, uşaq rəsmlərindən ibarət sərgi təşkil olunacaqdır.

Berlinin mərkəzi meydanlarından birində “Azərbaycan Evi” və Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti mitinq keçirəcəkdir.

Daha bir etiraz aksiyası Hollandiyanın Haaqa şəhərində baş tutacaqdır. “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Cəmiyyəti fevralın 22-də Xocalı soyqırımı ilə bağlı hazırlanmış şüarlarla Sülh Sarayının qarşısında piket keçirəcək, Xocalı soyqırımı qurbanlarının xatirəsinə Haaqada ucaldılmış abidəni ziyarət edəcəkdir. Hollandiya Azərbaycan Türk-Kültür Dərnəyi isə martın 1-də Haaqadakı Xocalı abidəsinin önündə anma tədbiri keçirəcəkdir. Mərasimdə Azərbaycan və Türkiyənin Niderland Krallığındakı səfirləri, Azərbaycan və türk diaspor təşkilatlarının fəalları iştirak edəcəklər.

Fevralın 26-da Belçika-Azərbaycan Evinin təşəbbüsü ilə Brüsselin Şuman meydanında soyqırımın 17-ci ildönümü ilə əlaqədar çadır qurulacaqdır. Çadırda Heydər Əliyev Fondu tərəfindən göndərilmiş foto və rəsm əsərlərinin sərgisi nümayiş etdiriləcək, yerli televiziyalardan birində Xocalı qırğını barədə film göstəriləcəkdir.

Almaniyanın Köln şəhərindəki Vahid Azərbaycan Cəmiyyətinin üzvləri də Brüsselə gələrək buradakı Azərbaycan və türk diaspor təşkilatlarının iştirakı ilə Avropa Parlamentinin binası qarşısında tədbir keçirəcəklər. Soyqırımı qurbanlarının anma günündə Azəri Türk Qadınlar Birliyi də Brüsseldəki Square de Meeuse meydanında mitinq keçirəcək, buradan isə Avropa Parlamenti binasının yerləşdiyi Şuman meydanına yürüş olacaqdır.

Fevralın 21-də İsveçin Linköpinq şəhərində fəaliyyət göstərən “Babək” dərnəyi şəhərin Tradgardstorget meydanında manifest təşkil edəcək, bir gün sonra isə Stokholm şəhərindəki Sergelstorg meydanında Azərbaycan diaspor təşkilatları Xocalı qətliamına etiraz olaraq mitinq keçirəcəklər.

İsveçrədə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzi fevralın 25-də Berndə bu ölkənin parlament üzvlərinin, tanınmış siyasətçilərin və KİV nümayəndələrinin iştirakı ilə konfrans keçirərək, Xocalı soyqırımına, tarixi gerçəkliklərə bir daha diqqət yönəldəcəkdir.

Danimarkadakı “Vətən” Cəmiyyəti Xocalı faciəsinin ildönümünü soyqırımı haqqında sənədli filmin nümayişi, bröşürlər və kitabların təqdimatı ilə qeyd edəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir