Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı soyqırımının 20-ci ildönümü dünyanın müxtəlif ölkələrində qeyd olunacaqdır

Bakı, 17 fevral (AZƏRTAC). Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar dünyanın onlarla ölkəsində tədbirlər, soyqırımı qurbanlarının anma mərasimləri, sərgi və konfranslar, kütləvi aksiyalar keçiriləcəkdir.

Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq, Murmansk və digər şəhərlərində Ümumrusiya Azərbaycanlıları Konqresi, Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyi və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təşkilatçılığı ilə anma mərasimləri, dəyirmi masa və konfranslar keçiriləcək, Xocalıda dinc əhalinin qətlə yetirilməsini əks etdirən fotosərgilər, sənədli filmlər nümayiş etdiriləcəkdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, fevralın 26-da Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı tərəfindən Moskvada “Xocalıya ədalət” kampaniyası çərçivəsində Rusiyanın ayrı-ayrı regionlarında Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbirlər təşkil olunacaqdır.

Xocalı faciəsinin ildönümü ilə əlaqədar tədbirlər Ukrayna, Belarus, Estoniya, Litva, Latviya və Kişinyovda da keçiriləcəkdir. İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Ukraynada fevral ayı “Xocalı ayı” elan olunmuşdur. “Xocalı ayı” tədbirlərinə Xarkovda start verilmişdir. Xarkov vilayət administrasiyası rəsmilərinin, Azərbaycan diasporunun fəallarının, yerli KİV nümayəndələrinin iştirak etdikləri ilk anma mərasimində 20 ilin keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımına hüquqi siyasi qiymətin verilməməsi tarixi ədalətsizlik kimi qiymətləndirilmişdir.

Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə fevralın 25-də Kiyev şəhərində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anma mərasimi keçiriləcəkdir.

Fevralın 26-da Minskdə Belarus Azərbaycan İcmaları Konqresi, fevralın 27-də isə Kişineu şəhərində Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər keçiriləcək, yerli kütləvi informasiya vasitələrində Xocalı soyqırımı ilə bağlı materiallar dərc olunacaqdır.

Vülnüsdə Litva Azərbaycanlıları Cəmiyyəti fevralın 24-də, Tallində “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzi isə fevralın 25-də Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi ilə birgə Xocalı soyqırımı qurbanlarının xatirəsini anacaqlar.

Avropanın ayrı-ayrı ölkələrində, o cümlədən Almaniya, Fransa, İtaliya, habelə Danimarka, İsveç, Niderland Krallıqlarında, Polşa, Rumıniya, Macarıstan, Finlandiya, Çexiyada keçiriləcək tədbirlərdə bu ölkələrin parlamentlərinin, ictimai-siyasi təşkilatlarının, Azərbaycan diasporunun, türk, yəhudi icmalarının nümayəndələri iştirak edəcəklər.

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası tərəfindən fevralın 10-dan başlayaraq Berlin şəhərində “Biz sülh istəyirik” adlı silsilə rəsm müsabiqələrinə start verilmişdir. Fevralın 11-də Almaniyanın Hamburq şəhərində Saksen-Anhalt Əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş boks turniri keçirilmiş, yarışı izləyən 600-dən artıq tamaşaçıya Xocalı soyqırımı haqqında məlumat verilmişdir. Maqdeburq şəhərində fevralın 17-də Almaniya Sosial Demokrat Partiyasının toplantısında Xocalı soyqırımına dair məruzə təqdim olunacaq, fevralın 18-də Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş avtomobil yürüşü, fevralın 26-da isə alman yazıçısı Rolf Kunşun alman dilində nəşr olunmuş “Xocalı” kitabının təqdimat mərasimi keçiriləcəkdir. Fevralın 24-də Berlində Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin və Atatürkçü Düşüncə Dərnəyi Berlin-Brandenburq Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş “Qafqazda sülhün qorunması və Türk-Azərbaycan münasibətləri” mövzusunda konfransa keçiriləcəkdir. Fevralın 25-də Berlin-Bakı Qalereyası Bakı Pantomima teatrı ilə birgə Berlində Xocalı soyqırımına həsr olunmuş foto və rəsm sərgisi təşkil edəcək, tamaşaçıların diqqətinə Xocalı soyqırımından bəhs edən ədəbi-bədii kompozisiya təqdim edəcəkdir. Fevralın 25-də Berlində Azərbaycan Evi, Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti, Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə etiraz aksiyası təşkil olunacaqdır. Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbirlər Almaniyanın Drezden, Kassel, Hannover və Mayns şəhərlərində də keçiriləcəkdir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən Avropa Azərbaycan Cəmiyyəti Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirəcək, o cümlədən fevralın 22-də Londonda Xocalı soyqırımına həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi təşkil edəcəkdir. Benilüks Azərbaycanlıları Konqresi fevralın 22-də Amsterdamda azərbaycanlı uşaqların Xocalıya aid əl işləri və rəsmlərindən ibarət sərgi, fevralın 23-də Haaqada “Uşaq rəsm sərgisi” təşkil edəcəkdir.

Fevralın 28-də Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüsseldə Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə mitinq keçiriləcəkdir. Brüsseldəki Place Schuman meydanında Avropa Komissiyasının önündə saat 13.00-15.00 arasında keçiriləcək “İnsanlıq ayıbı Xocalıya ədalət mitinqi”ndə “Hamımız Xocalılıyıq! Hamımız Türkük!” şüarlarının sədaları altında ölkədə fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatlarının, siyasi partiya və ictimai təşkilatların nümayəndələrinin iştirakı planlaşdırılmışdır.

Fevralın 25-də İsveç Krallığının Malmö şəhərində İsveç Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş konfrans, fevralın 26-da Stokholm şəhərində Azərbaycan İsveç Federasiyasının təşkilatçılığı ilə seminar keçiriləcəkdir. Fevralın 26-da həmçinin Azərbaycan İsveç Federasiyası tərəfindən Stokholmda Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş kütləvi etiraz aksiyasının keçirilməsi planlaşdırılmışdır.

Fevralın 26-da Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) təşkilatçılığı ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, Misir Ərəb Respublikasında, İtaliya, Fransa, Niderland Krallığında, Kanada da Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbirlər keçiriləcəkdir.

Fevralın 25-də Danimarkada, Rumıniyada, fevralın 26-da Finlandiya və Macarıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimləri keçiriləcəkdir.

Fevralın 25-də Çexiyanın paytaxtı Praqanın Sülh meydanında “Azər-Çex” Cəmiyyətinin təşkilatçılığı ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində kütləvi etiraz aksiyasının keçirilməsi planlaşdırılmışdır. Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstanda anım mərasimləri, konfrans və sərgilər təşkil olunacaqdır.

Qazaxıstanın Astana şəhərində Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzləri İttifaqının təşkilatçılığı ilə fevralın 26-da “Xocalı soyqırımı - XX əsrin dəhşətli faciəsi” mövzusunda konfrans keçiriləcəkdir.

Türkiyənin bir sıra şəhərlərində də Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə tədbirlər keçiriləcəkdir. Fevralın 26-da İstanbulun Taksim meydanında Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin, Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF), İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının, Azərbaycan və Türkiyə qeyri-hökumət təşkilatlarının, KİV-lərin nümayəndələrinin iştirakı ilə “TÜRKİYƏ BUNU TANI, UNUTMA XOCALINI” adı altında izdihamlı yürüş-mitinqin keçirilməsi planlaşdırılmışdır.

Fevralın 26-da Misir Ərəb Respublikasının paytaxtı Qahirədəki Ayn-Şəms Universitetində Qahirə-Türk Araşdırmalar Mərkəzinin Azərbaycan Respublikasının Misirdəki səfirliyi ilə birgə təşkilatçılığı ilə konfrans, Dubayda BƏƏ-də fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans, Küveytdə “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə anım mərasimi keçiriləcəkdir.

Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə tədbirlər ABŞ-ın Nyu-York, Los-Anceles, San-Fransisko, Hyuston şəhərlərində də keçiriləcəkdir.

Amerika-Azərbaycan Şurası, Amerika-Azərbaycan Cəmiyyəti, Azərbaycan-Nyu-York Assosiasiyası, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək anım mərasimlərində ABŞ-ın azərbaycanlı icması ilə yanaşı, türk, yəhudi və digər icmaların nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur.

Xocalı soyqırımı qurbanlarının xatirəsi Avstraliya, Yeni Zelandiya, ABŞ, Kanada və Meksikada da yad ediləcəkdir.

Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi təşkilatı fevralın 26-da Sidney sakinlərinə əvvəlcədən istehsal olunmuş üzərində “Xocalı faciəsi - 1992-ci il” yazısı olan köynəklər paylayacaq, Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyəti tərəfindən anım mərasimi keçiriləcəkdir.

Kanadanın Ottava, London və Kalqari şəhərlərində müvafiq olaraq Kanada-Azərbaycan Təşkilatlar Assambleyası, Kanada Azəri-Türk Assosiasiyası, Alberta Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımı ilə bağlı anım mərasimləri təşkil olunacaqdır.

Fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsi Meksikada fəaliyyət göstərən Latın Amerikasındakı Azərbaycan Assosiasiyası tərəfindən təşkil olunmuş anım mərasimində anılacaqdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY