Xocalı soyqırımının ildönümü Ağstafada silsilə tədbirlərlə qeyd olunur
Ağstafa, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Ağstafa rayonunda anma mərasimləri davam edir.
AZƏRTAC xəbər verir ki, növbəti belə mərasim rayon mədəniyyət şöbəsində təşkil olunub. Çıxışlarda qeyd olunub ki, erməni cəlladları tərəfindən həyata keçirilən soyqırımı əsrlər boyu daşnaklar tərəfindən xalqımıza qarşı yürüdülən məkrli siyasətin tərkib hissəsidir.
Diqqətə çatdırılıb ki, erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyəti məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra açıqlanıb, bu hadisələrə siyasi-hüquqi qiymət verilib. Xocalı soyqırımının tanıdılması istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verir və bu proses son illər davamlı xarakter alıb. Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun rolu əvəzsizdir.
Mərasim Xocalı soyqırımı ilə bağlı sənədli filmə baxışla yekunlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]