Xocalı soyqırımının iyirmi birinci ildönümü mühafizə alayında və bölüklərində qeyd edilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). Penitensiar Xidmətin mühafizə alayında Xocalı soyqırımının iyirmi birinci ildönümü qeyd olunmuşdur.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mühafizə alayının komandiri, ədliyyə polkovniki Mehman Məmmədov çıxış edərək baş vermiş hadisənin xronologiyasını bir daha xatırlatmışdır. Qeyd edilmişdir ki, 1992-cı il fevralın 25-dən 26-na keçən gecə XX əsr Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. Həmin gecə erməni qəsbkarları sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, silahsız əhaliyə qarşı əsl soyqırımı aktı törətmişlər.
Tədbirdə vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi qiymət verilmiş, şəhidlərin xatirəsi əbədiləşdirilmiş, onların ailələrinə və o gecə sağlamlığını itirmiş vətəndaşlarımıza dövlət qayğısı göstərilmişdir.
Daha sonra tədbir iştirakçıları “Qarabağ çağırır bizi” və “Ruhumun harayı” sənədli filmlərinə baxmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:00]
İran xam neft ixracına başlayıb
- [11:45]
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]