Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Xocalıya ədalət!” kampaniyası Dublin radiosunda

“Xocalıya ədalət!” kampaniyası Dublin radiosunda

Bakı, 10 mart, AZƏRTAC

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) London ofisinin ictimaiyyətlə əlaqə və marketinq məsələləri üzrə direktoru Leon Kuk İrlandiyanın 103.2 FM dalğasında yayımlanan Dublin şəhər radiosunun “Mediascope” proqramına müsahibə verib. Proqramın aparıcısı Ellen Qanninqin suallarını cavablandıran Leon Kuk Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat -təşviqat kampaniyası çərçivəsində görülən işlər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər barədə ətraflı məlumat verib.

L.Kuk deyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı qətliamı Dağlıq Qarabağ münaqişəsi zamanı öz qəddarlığı ilə seçilən ən dəhşətli qanlı hadisə olub. 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər qəddarlıqla qətlə yetirilib. Keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə erməni silahlı qüvvələri şəhəri tərk etməyə çalışan mülki əhaliyə qarşı hücuma keçərək onlarla amansız davranıb. Həmin müdhiş gecədən 23 il köçməsinə baxmayaraq, heç kəs bu soyqırımı ilə bağlı mühakimə edilməyib, Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməyib. TEAS Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Dublin də daxil olmaqla Avropanın bir çox şəhərlərində tədbirlər təşkil edərək, avropalıları bu dəhşətli qətliam haqda məlumatlandırmağa çalışır.

Faciə ilə bağlı çəkilmiş “Sonsuz dəhliz” sənədli filmi barədə danışan L.Kuk deyib: “Sonsuz dəhliz” litvalı rejissor və prodüser Andreas Brokas, ABŞ Prezidenti Cimmi Karterin administrasiyası zamanı Ağ Evin ictimaiyyətlə əlaqə üzrə direktoru vəzifəsində çalışmış Cerard Rafşunun prodüserliyi ilə çəkilmiş bir saatlıq sənədli filmdir. 15 ölkəni təmsil edən peşəkarlardan ibarət yaradıcı heyətin 5 illik əməyi nəticəsində ərsəyə gəlmiş bu film Xocalı qətliamının baş verdiyi gecə təmas xəttinin yaxınlığında olan və son 23 il ərzində gördüklərindən söhbət açan jurnalist Riçard Lapaytisin Azərbaycana dönüşündən bəhs edir. O, təmas xəttinə səfər edərək, qətliamdan sağ çıxmış xocalılılarla yenidən görüşür. Filmdə, həmçinin həmin gecə öz məkrli planlarını həyata keçirən erməni komandirləri ilə müsahibələr də yer alıb. Filmdə sağ qalan insanların həyat hekayələri, onlara kömək etmiş insanlar, o cümlədən müharibənin amansızlığı barədə danışılır”.

Filmin yaradıcı heyətinin erməni komandirlərinin həmin gecə barədə danışmasına nail olması barədə sualı cavablandıran L.Kuk bildirib: “Bu, özü-özlüyündə bir dönüşdür. Lakin qəribəsi budur ki, əks tərəfdə olan şəxslərin bu qətliamda rol oynadıqlarını etiraf etmələrinə baxmayaraq, beynəlxalq ictimaiyyət işğal altındakı torpaqları Azərbaycanın suveren ərazisi kimi tanıyan BMT Təhlükəsizlik Şurasının və Avropa Parlamentinin qətnamələrinin hələ də həyata keçirilməsinə təkid etmir”.

L.Kuk bildirib ki, film Dublindən başqa London, Paris, Brüssel, Berlin, Vilnüs, Moskva, İstanbul, Ankara və Berndə nümayiş olunub. Hazırda Avropa və ABŞ-ın aparıcı telekanalları ilə danışıqlar aparılır. Lakin ötən illər ərzində, yəni 2008-ci il mayın 8-dən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın 100-dən artıq ölkəsində film nümayişləri, konsert, yürüşlər də daxil olmaqla müxtəlif xarakterli tədbirlər həyata keçirilməkdədir. Müxtəlif sahənin nümayəndələri, sıravi vətəndaşlar, media təmsilçiləri, diplomatik korpusun nümayəndələri, o cümlədən siyasətçilər bu tədbirlərə gəlməkdə, baş verənlərə şahidlik etməkdə sərbəstdirlər.

Biz mümkün qədər mesajımızı geniş kütlələrə çatdırmaqda maraqlıyıq. Xüsusən də jurnalist və siyasətçilərin öz gördüklərini cəmiyyətin digər üzvlərinə çatdırmağını istərdik. Düşünürük ki, “Sonsuz dəhliz” filmi hər bir insanın ürəyində dərin iz buraxacaq. Ona görə də hər kəs ona baxmalıdır. Hazırda danışıqlar gedir. Ümid edirik ki, bu il ərzində dünyanın aparıcı telekanalları bu filmi nümayiş etdirməyə hazır olacaq.

L.Kuk deyib: “Biz faciə ilə bağlı “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” adlı kitab da nəşr etmişik. Bu kitab Xocalı qətliamı barədə Qərbdə ingilis dilində işıq üzü görən ilk müstəqil nəşrdir. İnkaredilməz faktları özündə birləşdirən bu nadir kitaba Xocalı şahidlərinin ifadələri, beynəlxalq mətbuatda dərc edilən materiallar, beynəlxalq təşkilatların hesabatları və xarici fotoqraflar tərəfindən çəkilən nadir şəkillər daxil edilib.

E.Kuk bu filmin insanlarda Xocalı həqiqətləri ilə bağlı məlumatın artırılması baxımından önəmini qeyd edib. O deyib ki, Xocalı faciəsi körfəz müharibəsi, Balkan savaşı, Ruanda hadisələri ilə eyni vaxta təsadüf etdiyi üçün beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalıb. Lakin qətlə yetirilən insanların sayından asılı olmayaraq, bu, 23 il öncə baş vermiş çox dəhşətli bir hadisədir. Cəmi bir nəsil öncə öz doğmalarını itirmiş insanların ailələri, qohumları hələ də bu faciəni unuda bilmirlər. Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var ki, hələ də öz doğma evlərinə qayıda bilmir. Azərbaycan ərazisinin 20 faizi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Məhz buna görə də insanlar bu təcavüzün acı nəticələrini gündəlik həyatlarında hiss edirlər. Məhz bu səbəbdən biz bu mesajı dünyaya çatdırmağa çalışırıq.

Jurnalistin “həmin axşam Dublindəki tədbirdə oxşar vəziyyətlə çox yaxından tanış olan və bu məsələnin tezliklə həllinin vacibliyini vurğulayan siyasətçilər Pət Keri və Terri Leyden də orada idilər. Diplomatik korpusun nümayəndələrini və jurnalistləri filmlə tanış etdikdə, hansısa bir nəticə hasil oldumu? Ümumiyyətlə, sizə diplomatik və media dairələrindən hər hansı bir reaksiya daxil olurmu?” sualına cavabında L.Kuk deyib: “Media ilə bağlı danışdıqda əlbəttə, xüsusilə film nümayişindən sonra bu tədbiri və ümumiyyətlə, münaqişəni işıqlandırmaq istəyən jurnalistlər oldu. Diplomatik ictimaiyyətə gəldikdə isə, Azərbaycanın mövqeyi beynəlxalq ictimaiyyətin əksər üzvləri tərəfindən dəstəklənir. Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Peru, Panama, Pakistan, Meksika və digər ölkələr öz milli parlamentlərində Xocalı soyqırımını rəsmən tanıyıblar. Digər ölkələrin də məsələyə bu cür qiymət verməsini istəyirik”.

“Mediada məqalələrin dərc olunmasından əlavə, daha nəyə nail olmaq istəyirsiniz? Filmin televiziyalarda yayımından sonra insanların sizinlə “Twitter” vasitəsilə əlaqə saxlamasını istəyirsiniz? Ümumiyyətlə, sıravi insanlar sizin üçün nə edə bilər?” sualına cavab verən L.Kuk bildirib: “Onlar öz siyasətçilərinə, media vasitələrinə müraciət edə bilərlər. Müxtəlif internet saytları var ki, oradakı məcburi köçkün və qaçqınların doğma yurdlarına qayıtmalarına dəstək verən petisiyaları imzalaya bilərlər. Təbii ki, əsas hədəf cinayətkarların məhkəmə qarşısında cavab verməsidir. Xocalı qətliamı zamanı hərbi komandirlərdən biri olmuş Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan 2000-ci ildə münaqişə ilə bağlı britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində bu ifadələri işlətmişdir: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilən bir xalq deyil. Biz bu stereotipi sındırdıq və bunlar baş verdi”. Beləliklə, Ermənistanın prezidenti boynuna alır ki, onlar mülki əhalini hədəf olaraq seçmişdilər. Bu, yanlışdır, bu, ədalətsizlikdir və düşünürük ki, beynəlxalq ictimaiyyət və sıravi vətəndaşlar bu məsələdən agah olmalıdırlar.

Sonda L.Kuk qeyd edib ki, insanlar www.teas.eu internet səhifəsinə girməklə bu kampaniyaya dəstək verə bilərlər. Yaxud www.justiceforkhojaly.org kampaniyasının internet səhifəsinə daxil olmaqla bu dəhşətli qətliama qarşı başladılmış kampaniyaya dəstək olmaq üçün öz ad və soyadlarını yaza bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriyadan 13 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik